Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
14566
az

Zaqatalada bir gündə 2 nəfərə it hücum etdi - Biri uşaqdır

23:3014 İyun, 2019
1076
KRİMİNAL
  • A
 Zaqatalada biri azyaşlı olmaqla iki nəfəri it dişləyib.

Oxu24.com "Qafqazinfo”ya istinadən xəbər verir ki, bu gün axşam saatlarında rayonun Höytala kənd sakini, 2015-ci il təvəllüdlü Seyidəhməd Abdulla oğlu Xiniyev it dişləməsi xəsarəti ilə Zaqatala rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Tibb müəssisəsindən bildirilib ki, müayinə zamanı 4 yaşlı S. Xiniyevə sağ ayağın topuq nahiyəsinin it dişləməsi diaqnozu qoyulub.  Azyaşlıya lazımi tibbi yardım göstərilib. O, quduzluq əleyhinə peyvənd vurulduqdan sonra ambulator müalicə almaq şərtiylə evə buraxılıb.

Daha bir it dişləməsi faktı isə rayonun Yuxarı Çardaqlar kəndində baş verib. Belə ki, kənd sakini, 1959-cu il təvəllüdlü Həlmət Abdulqadir qızı Əhmədova xəstəxanaya müraciət edib.  İt onu sağ əlindən dişləyib. Xəstəxanada H. Əhmədovaya lazımi tibbi yardım göstərilib. Quduzluq əleyhinə peyvənd vurulduqdan sonra qadın evə buraxılıb. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Kəlbəcərdə usta 4-cü mərtəbədən yıxıldı
Bakıda “Prado” ilə avtoşluq edən şəxs həbs olundu
Tovuzda sərnişin avtobusu 30 yaşlı qadını vuraraq öldürdü