Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
14527
az

Bakıda iş adamı güllələndi - “Hozu Rauf” saxlanıldı

08:5414 İyun, 2019
1972
KRİMİNAL
  • A
 
Bakının Sabunçu rayonunda silahlı insident olub. 

Oxu24.com APA -ya istinadən xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsində törədilib.

İlkin məlumata görə, Suraxanı rayonu, Əliheydər Qarayev küçəsində qeydiyyatda olan 1972-ci il təvəllüdlü Məmmədov Ramiz Hümbət oğlu güllələnib. Belə ki, həmin şəxs mübahisə zamanı avtomobilindəki odlu silahı götürərək R.Məmmədova ağır xəsarətlər yetirib.

Verilən məlumata görə həkimlərin bütün səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Məmmədov Ramiz Hümbət oğlu xəstəxanada dünyasını dəyişib.

Bakının Sabunçu rayonu ərazisində baş vermiş silahlı insidentlə bağlı bəzi təfərrüatlar məlum olub. Məlumatına görə, Ramiz Məmmədov öz qaynı Rauf Həsənov tərəfindən odlu silahla qətlə yetirilib.

{banner_reklam}



Artıq Sabunçu rayon Prokurorluğunun istintaq qrupu hadisənin baş verdiyi Bəşir Bünyadov küçəsindədir və ərazidə müayinələr aparılır. R.Məmmədovun güllələndiyi yerdən cinayətdə istifadə olunmuş odlu silahın gilizləri də aşkar edilib.

Onu da qeyd edək ki, qətli törətməkdə şübhəli bilinən R.Həsənov “Hozu” ləqəbi ilə tanınırmış.

Məlumata görə, R.Məmmədov Bakıxanov qəsəbəsi ərazisində fəaliyyət göstərən 113 və 84 saylı xətt marşrutlarının sahibi olduğu deyilir.

Odlu silahla yeznəsi qətlə yetirən şəxs saxlanılıb.

“Hozu” ləqəbli Rauf Həsənov Sabunçu RPİ-nin 12-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq rayon Prokurorluğuna təhvil verilib.

Cinayət işi üzrə istintaq araşdırmaları davam etdirilir.


Günün  digər  xəbərləri: Məmmədəmin Rəsulzadənin fotosu avronun üzərinə basıldı - FOTO

Bakıda faciə: Oğlanla qız motosikletdə qəzaya düşdü,qız öldü+VİDEO

Azərbaycanda dəhşət: Evdə uşaq dünyaya gətirən qadın və körpəsi öldü

Həbsxanadan şok görüntü: Məhbus digər məhbusla intim əlaqədə olarkən yaxalandı/(18+VİDEO)

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakıda iş adamı güllələndi - “Hozu Rauf” saxlanıldı

ABŞ və Rusiya alimləri işığın naməlum xüsusiyyətini kəşf ediblər

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
İlanların çoxaldığı aydır - Diqqətli olun! +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Hansı yaşdan sonra prostat xərçəngindən yoxlanmaq lazımdır? - Kişilər mütləq oxusun
Narkotikin təsiri altında avtomobil idarə edən sürücülər saxlanıldı