Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
13945
az

Ermənilərə qan udduran topçumuzun görüntüsü yayıldı

12:5330 May, 2019
1386
QARABAĞ
  • A
 
Qarabağ müharibəsi zamanı erməni işğalçılarına qan udduran topçu İsgəndər Aznaurovun arxiv görüntüləri yayılıb. Azərbaycanın Milli Qəhrəmanı, Ahısxa türkü İsgəndər Aznaurov 1993-cü ilin 18 aprel tarixində Qarabağ müharibəsində qəhrəmancasına şəhid olub.

Oxu24.com xəbər verir ki, İsgəndər Aznaurov 16 avqust 1956-cı ildə Özbəkistannın Buxara vilayətinin Qala-Asiya kəndində Axısqa türkü ailəsində dünyaya gəlmişdir. 1963-cü ildə orda məktəbə getmiş və 1973-cü ildə məktəbi bitirmişdir. Ukraynanın Çerkessk şəhərində hərbi xidmətini başa vurduqdan sonra 1978-ci ildə Daşkənd İrriqasiya İnstituna daxil olmuş, 1983-cü ildə ali təhsilini başa vurmuşdur. Sonra bir müddət Daşkənd Vilayətinin Axanqaran rayonunda çalışıb.

1989-cu ildə Özbəkistanın Fərqanə vadisindəki qanlı olaylardan sonra yüzminlərlə axısqa türkü kimi oranı tərk etməyə məcbur olmuş  və 1990-cı ildə ailəsi ilə birlikdə Azərbaycana Şəmkir rayonunun Kür qəsəbəsinəköçmüşdür.  O, burada cihazqayırma zavodunda işləyib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Şuşada mina partladı - xəsarət alan var
33 ildən sonra Xankəndində ilk azərbaycanlı körpə doğuldu - FOTO
Qarabağda sülhməramlılara ehtiyac yoxdur - Rusiya Dövlət Dumasının deputatı