Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
13637
az

Ərəbə ərə gedən azərbaycanlı qızların sayı açıqlandı

10:3624 May, 2019
421
CƏMİYYƏT
  • A
 
Bu ilin üç ayında əcnəbilərlə nikah bağlayan azərbaycanlıların sayı açıqlanıb.

Oxu24.com  xəbər verir  ki, Dövlət Statistika  Komitəsindən  Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, 2019-cu ilin yanvar-mart ayları ərzində Ədliyyə Nazirliyinin rayon, şəhər qeydiyyat şöbələri tərəfindən ölkədə 13191 nikaha daxil olma halı qeydə alınıb.

Onlardan 252-si Azərbaycan vətəndaşı olan qadınlarla xarici ölkə vətəndaşı olan kişilər arasında bağlanıb.

205-i isə Azərbaycan vətəndaşı olan kişilərlə xarici ölkə vətəndaşı olan qadınlar arasında bağlanmış nikahdır.

Qeyd edək ki, 2018-ci ildə 2256 Azərbaycan vətəndaşı əcnəbi ilə nikah bağlayıb. Bu rəqəm 2017-ci ildə 2429 olub.

Statistikaya görə, son beş il ərzində əcnəbilərlə ailə quran azərbaycanlı qadınlar daha çox Rusiya, Gürcüstan, Türkiyə və İran vətəndaşı olan kişilərlə evləniblər.

Ötən illər ərzində az sayda olsa da, ərəb ölkələrinin vətəndaşlarına ərə gedən azərbaycanlı qadınlar da var.

Əcnəbilərlə ailə quran azərbaycanlı kişilər, əsasən, Rusiya, Gürcüstan və Ukrayna vətəndaşı olan qadınlarla nikah bağlayıblar.

Eyni zamanda, 2018-ci ildə əcnəbilər və vətəndaşlığı olmayan şəxslərlə bağlanmış 149 nikahın pozulması halı qeydə alınıb. 2017-ci ildə isə belə boşanmaların sayı 195 olub. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“NİSSAN” dərəyə aşdı, sürücü xilas edildi - VİDEO
Zelenski təcili olaraq Baş Qərargahı TOPLADI: Qərb nə tələb edib?
Azərbaycanla bu ölkə arasında viza rejimi LƏĞV EDİLDİ

Rusiyada nadir çiçək tapılıb

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Şəkidə DƏHŞƏT: 59 yaşlı kişi iki nəfəri...