Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
13618
az

Kosmosda spirtli və qazlı içki niyə qadağandır?

22:3423 May, 2019
462
MARAQLI
  • A
 
Kosmik stansiya və kosmik gəmi ekipajı üzvlərinin spirtli və qazlı içkilər qəbul etməsi qadağan olunub.

Rusiyanın Tibbi-bioloji problemlər İnstitutunun qida şöbəsinin müdiri Aleksandr Aqureyev “RİA Novosti”yə verdiyi açıqlamada bunun səbəblərini izah edib.

Alkoqol ona görə qadağandır ki, kosmonavt son dərəcə məsuliyyətli və yüksək diqqət tələb edən iş görür, spirtli içkinin təsiri altında olsa, onun diqqəti kütləşə, normal davranışları pozula bilər.

Qazlı içkilərə gəlincə, onun saxlanıldığı qabı açanda maye dərhal ətrafa səpələnir, kosmik gəmilərdə və stansiyalarda çoxsaylı elektron cihazların olduğunu nəzərə alsaq, çəkisizlik şəraitində maye damlalarının xaotik şəkildə ətrafa səpələnməsi yolverilməzdir.

Alim qeyd edir ki, Beynəlxalq Kosmik Stansiya yaradılan zaman kanadalı dietoloqlar sualtı qayıq ekipaj üzvləri kimi kosmonavtların rasionuna qırmızı şərabın daxil edilməsini təklif etmişdi.

Ancaq NASA mütəxəssisləri müvafiq araşdırmalardan sonra bunu məqsədəuyğun bilməmişdi. Onların fikrincə, sualtı qayıqlarda hərbi nizam-intizam olur, BKS-də isə hər hansı ekipaj üzvünün həvəsə düşüb normadan artıq şərab qəbul etməyəcəyinə heç bir zəmanət yoxdur. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rusiyada nadir çiçək tapılıb
Maqnit qasırğası ilə bağlı əhaliyə xəbərdarlıq! Saat 15.00-dan sonra...
Ən zərərli tərəvəzin adı açıqlandı

Rusiyada nadir çiçək tapılıb

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Qan donduran hadisə: Kişi yoldan keçənə hücum edərək onun gözünü və qulağını yedi - Şəkil