Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
1353
az

Paxlalı bitkilər ürək üçün faydalıdır

17:3103 May, 2018
1923
TİBB
  • A
Ekspertlər paxlalı bitkilərin ürək üçün faydalı olması qənaətindədirlər. Paxlalı bitkilərin tərkibində xeyli miqdarda zülal və sellüloz var. Alimlər paxladan hazırlanan yeməklərin üstünlük təşkil etdiyi pəhrizin qanda xolesterinin azalmasına müsbət təsirini təsdiqləyirlər.

Oxu24.com AZƏRTAC-a istinadən bildirir ki, Kolorado Universitetinin (ABŞ) əməkdaşları piylənmədən əziyyət çəkən siçanların rasionuna lobya əlavə ediblər. Təcrübə ərzində gəmiricilərin çəkisi nəzərəçarpan dərəcədə azalıb. Bununla belə, üzərində təcrübə aparılan heyvanlarda lobya pəhrizi xolesterinin miqdarını aşağı salıb. Siçanların ürək-damar sisteminin ümumi vəziyyəti də xeyli yaxşılaşıb.

İkinci tədqiqatın gedişində alimlər paxlalı bitkilərin ikinci tip diabet xəstələrinə təsirini dəyərləndiriblər. Məlum olub ki, paxladan istifadə orqanizmi sərbəst radikalların zərərverici təsirlərindən qoruyur və lipidlərin qıcqırması ilə bağlı olan toxumaların zədələnməsini azaldır. Bu, ürəyin sağlamlığına müsbət təsir göstərir.


Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Diş əyriliklərini neçə yaşa qədər müalicə etmək mümkündür?
Dünyada koronavirusa yoluxanların sayı 84 milyonu keçib
Skolyoz nədir və necə müalicə olunur?

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Almaniyada dəhşətli terror: 11 ölü, 80 yaralı var -YENİLƏNDİ