Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
13381
az

Günəş ləkələrindən kətan toxumu ilə qurtulun

15:5418 May, 2019
449
  • A
Kətan toxumu zəngin tərkibi ilə orqanizm üçün çox faydalıdır.
Oxu24.com Axşam.az-a istinadən xəbər verir ki, bu bitkidən hazırlanan maska dəridəki bir çox problemi həll etməyə imkan verir.

Maska üçün 1 x.q kətan toxumu və 1 st su götürülür. Toxumlar suda qaynadılır və otaq temperaturunda soyudulur. Geləbənzər bu məhlulla gün ərzində bir neçə dəfə üzünüzü silə bilərsiniz.

Qeyd edək ki, bu maska çillərin aradan qaldırılmasına kömək edir, dəridəki qırışları hamarlaşdırır, qocalmış dərini təravətləndirir.

Günəş işığının təsirindən yaranan ləkələrdən qurtulmaq üçün isə bu maskadan istifadə edə bilərsiniz:

1 x.q üyüdülmüş kətan toxumu, 1 x.q bal, 1 x.q süd, 1 damla çobanyastığı yağını qarışdırın və təmizlənmiş üzünüzə çəkin, 30 dəqiqə sonra ilıq su ilə yuyun. Maskanı həftədə 2 dəfə istifadə etsəniz, çilləriniz tədricən azalmağa başlayacaq. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Gələn ay Şuşaya 20 ailə köçürüləcək - Püşk atıldı
Karqo şirkətlərindən narazı olanların nəzərinə!
Hamının süfrəsində olan bu meyvənin tumu xərçəng hüceyrələrini məhv edir