Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
13327
az

Azərbaycanın cənub qonşusu TƏHLÜKƏDƏ! ABŞ hərbi gəmiləri Fars körfəzinə girdi

09:5117 May, 2019
1516
  • A
 
ABŞ hərbi gəmiləri Fars körfəzinə daxil olub, hərbi dəniz qüvvələrinin bir neçə gəmisi də onlara yaxınlaşmaq üzrədir.

Oxu24.com -un  “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bütün bunlar İranla münasibətlərin pisləşməsi fonunda baş verir.

Aviasiyadaşıyıcı zərbə qrupuna hələlik körfəzə daxil olmayan "Abraham Lincoln" gəmisi başçılıq edir. Körfəzdə hazırda idarə olunan raket silahları ilə təchiz olunmuş "Arleigh Burke" sinfindən iki eskadriya minadaşıyıcısı var. BƏƏ sahilləri yaxınlığında universal desant gəmisi "Kearsarge" yerləşir. Gəmi bu həftənin əvvəlində də “McFaul” gəmisi ilə birgə körfəzdə peyda olmuşdu.

Bildirilir ki, "Abraham Lincoln" gəmisi 90 təyyarə və helikopteri daşıya bilir. Qrupa, həmçinin raket kreyseri "Leyte Gulf", "Mendez Nunez" freqat gəmisi, eskadriya minadaşıyıcı "Bainbridge" gəmisi daxildir. Zərbə qrupunun tərkibində təxminən 700 hərbi qulluqçunu və 14 texnikanı daşıya bilən "Arlington" gəmisi də yer alıb.

Həmçinin oxu:  Azərbaycanda bütün sənədsiz evlər rəsmiləşdiriləcək-VİDEO

Pentaqon əmin edir ki, gəmi qruplarının yerləşdirilməsi İranın hücum niyyəti ilə bağlı “yüksək hazırlıq nişanəsi”nə cavab tədbiridir.

Qeyd edək ki, prezident Donald Tramp müdafiə naziri Ceyms Mettisə İranla müharibənin olmayacağına dair vəd verib. İranın ali dini lideri Əli Xamenei də ölkəsinin ABŞ-la müharibə etmək istəmədiyini bildirib.

Həmçinin oxu:  Bu ilan fili belə öldürür - Öz cinsini diri-diri udur-18+VİDEO Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

HƏMAS İsraillə danışıqlar planlarını açıqlayıb
Zelenski təcili olaraq baş qərargah toplayıb
Almaniyada daha iki siyasətçiyə hücum edilib

Rusiyada nadir çiçək tapılıb

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Şəkidə DƏHŞƏT: 59 yaşlı kişi iki nəfəri...