Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
1317
az

Dövlət qulluğunda işləmək istəyənlərin - Nəzərinə!

20:2802 May, 2018
1801
CƏMİYYƏT
  • A
 Dövlət İmtahan Mərkəzi (DİM) mərkəzi icra hakimiyyəti və məhkəmə orqanlarında ümumilikdə 12 dövlət orqanı üzrə inzibati vəzifələrin 4-7-ci təsnifatlarına uyğun olan 95 vakant icraçı və rəhbər vəzifələrə (AB, AC, BA və BB vəzifə qrupları üzrə) dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsini elan edib.

DİM-in mətbuat xidmətindən “Oxu24.com”a verilən məlumata görə, müsabiqənin müsahibə mərhələsi üzrə qeydiyyat bir ay – iyunun 2-dək davam edəcək.

Müsabiqəyə təqdim olunmuş vakant vəzifələr üzrə vəzifə təlimatları, müsahibə proqramları Mərkəzin internet portalında yerləşdirilib.

Namizəd dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən sertifikata uyğun olaraq müsabiqənin müsahibə mərhələsində iştirak edir.

Müsabiqənin müsahibə mərhələsində iştirak etmək istəyən namizəd “Dövlət qulluğu üzrə müraciət Forması” vasitəsilə Mərkəzin internet portalına daxil etdiyi məlumatlarda və sənədlərdə dəyişikliklər olduqda, portalda müvafiq düzəlişlər etməlidir.

Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməli və 02 may 2018-ci il tarixindən 02 iyun 2018-ci il saat 18:00-dək (30 gün müddətində) Mərkəzin portalı vasitəsilə müsahibədə iştirak üçün müraciət etməlidir.

Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərə uyğun olaraq vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.

Müsahibəyə çıxarılması üçün dövlət orqanları arasında ən çox vakant inzibati vəzifə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (38), Əmlak Məsələləri Dövlət Komitəsi (18), Səhiyyə Nazirliyi (18) tərəfindən təqdim olunmuşdur. Təqdim olunan ən yüksək vakant vəzifə Səhiyyə Nazirliyinin Səhiyyə obyektləri şəbəkəsinin inkişafının planlaşdırma şöbəsi müdir müavinidir.

Qeyd edək ki, vakansiyalar aşağıdakı dövlət orqanları tərəfindən təqdim olunub:

Səhiyyə Nazirliyi (18 vakant vəzifə) AB2 altqrupu üzrə1, AC4 altqrupu üzrə 1, BA3 altqrupu üzrə 4, BA4 altqrupu üzrə 8, BB3 altqrupu üzrə 2, BB4 altqrupu üzrə 2

Maliyyə Nazirliyi (5 vakant vəzifə) BB3 altqrupu üzrə 1, BB4 altqrupu üzrə 4

Əmlak Məsələləri Dövlət Komitəsi (18 vakant vəzifə) BA4 altqrupu üzrə 4, BB2 altqrupu üzrə 6, BB4 altqrupu üzrə 8

Biləsuvar Rayon Məhkəməsi (1 vakant vəzifə) BB4 altqrupu üzrə 1

Mingəçevir Şəhər Məhkəməsi (2 vakant vəzifə) BB4 altqrupu üzrə 2

Salyan Rayon Məhkəməsi (1 vakant vəzifə) BB3 altqrupu üzrə 1

Bakı Şəhər Nəsimi Rayon Məhkəməsi (5 vakant vəzifə) BB4 altqrupu üzrə 5

Xaçmaz Rayon Məhkəməsi (4 vakant vəzifə) BB4 altqrupu üzrə 4

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (38 vakant vəzifə) AB3 altqrupu üzrə 4, BA3 altqrupu üzrə 1, BA4 altqrupu üzrə 1, BB3 altqrupu üzrə 11, BB4 altqrupu üzrə 21

Tarif (Qiymət) Şurasının Katibliyi (1 vakant vəzifə) BA4 altqrupu üzrə 1

Yardımlı Rayon Məhkəməsi (1 vakant vəzifə) BB4 altqrupu üzrə 1

Qusar Rayon Məhkəməsi (1 vakant vəzifə) BB4 altqrupu üzrə 1.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İran valyutası ilə bağlı KRİTİK QƏRAR -Dörd sıfır silinəcək
Bu ölkədə 6,1 bal gücündə ZƏLZƏLƏ OLDU
Suriyanın yeni xarici işlər naziri o oldu

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Almaniyada dəhşətli terror: 11 ölü, 80 yaralı var -YENİLƏNDİ