Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
13008
az

Mətbuat Şurasından Mədət Quliyevə ŞOK müraciət: Elmar Vəliyevin qatili niyə tapılmır?!

17:1010 May, 2019
1069
SİYASƏT
  • A

 
Azərbaycan Mətbuat Şurası jurnalist Elmar Hüseynovun qətli ilə bağlı məsələnin araşdırılması, günahkarların tapılaraq cinayət məsuliyyətinə cəlb edilməsi işinin sürətləndirilməsi ilə bağlı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə müraciət ünvanlayıb.


Bu haqda Oxu24.com-a Mətbuat Şurasından daxil olan məlumatda bildirilib.

Müraciətdə bildirilir ki, Şura 3 may Ümumdünya Mətbuat Azadlığı Gününə həsr olunmuş “Mətbuat azadlığı: bəşəri mahiyyət və Azərbaycan reallıqları” mövzusunda konfrans keçirib. Ölkənin tanınan, ictimai fikrə təsir göstərən kütləvi informasiya vasitələrinin rəhbərlərinin, media ekspertlərinin və jurnalist birliklərinin təmsilçilərinin qatıldıqları. toplantının iştirakçıları bu qərara gəliblər ki, “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun 2005-ci il mart ayının 2-də törədilmiş qətlinin araşdırılması sürətləndirilməli və cinayəti törədən(lər) tezliklə tapılmalı, layiqli cəzalarını almalıdırlar.

Müraciətdə Elmar Hüseynovun 2005-ci il mart ayının 2-də törədilmiş qətli ilə bağlı cəzasızlığın davam etməsinin narahatlıq doğurduğu vurğulanıb. Bildirilib ki, jurnalist qətli hər bir ölkənin beynəlxalq imicinə mənfi təsir göstərən hadisədir:

“Bu mənada müəyyən siyasi qüvvələrin günahkar(lar)ın hələ də tapılıb cinayət məsuliyyətinə cəlb edilməmələri səbəbilə manipulyasiyalara yol vermələri də narahatlıq doğurmaqdadır”.

DTX rəisi, general-polkovnik Mədət Quliyevə ünvanlanmış müraciətdə həmçinin ölkə jurnalistikası üçün böyük önəm daşıyan məsələyə həssas yanaşılacağına inam ifadə olunub. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycan Prezidenti Türkiyəyə səfər edəcək - FOTO
İlham Əliyev Sultan Əhməd Əl-Cabiri qəbul etdi - YENİLƏNDİ
Ərdoğan İlham Əliyevə zəng etdi

Çin alimlərinin kəşfi

18+

Öldürülən Turalla bağlı şok detal: Qız haqda nə deyibmiş? (18+video)
Bakının bu ərazisindəki evlər sökülür- Video
Sumqayıtda "Zaman maşını”nın, itmiş və parallel dünyanın olduğu yer -“Qurd dərəsi”
Kişmiş suyunun sağlamlığa faydaları
Ər-arvaddan uşaqlara vəhşilik – Onları qul kimi...