Dünən gecə Bakının Binəqədi rayonunda "Emin 444" ləqəbli kriminal avtoritet Səfərov Emin Ehtiram oğlunun qətlə yetirilməsi barədə məlumat vermişdik.İlkin məlumata görə, meyitin üzərində 40-a yaxın bıçaq yarası aşkarlanıb. Bu isə onun xüsusi amansızlıqla və şəxsi münaqişə zəmnində öldürülməsinə işarədir.
Oxu24.com qətlə yetirilən şəxsin kriminal keçmişi ilə bağlı maraqlı məlumat əldə edib. Məlumata görə, onun adı 2013-cü ildə Nərimanov rayonu, Faiq Yusifov küçəsindəki 57 saylı binanın qarşısında Vüqar Orucovun bir qrup şəxs tərəfindən qətlə yetirildiyi hadisədə hallanıb. Həmin vaxt qətlə yetirilən şəxsin anası A.orucova mətbuata müraciətində ooğlunun qətlində Emin Səfərovun da iştirak etdiyini ancaq saxta sənədlə xəstəxanada yataraq məsuliyyətdən yayındığını bildirmişdi.Qadının iddiasına görə, hadisə 28 yanvar 2013-cü il tarixdə baş verib. Hadisə ilə bağlı 5 məhkəmə prosesi keçirildikdən sonra 1 dekabr 2013-cü ildə qatil Səfərov Emin Ehtiram oğlu 1 saylı Psixiatrik Xəstəxanaya yerləşdirilib.
Həmçinin oxu: Bakıda kriminal avtoritetin başı kəsilib -Şok təfərrüat+Video
Gözüyaşlı ana yazır ki, bu yolla oğlunun qatilini məsuliyyətdən kənar saxlamaq istəyiblər:
“Psixi xəstəxanada həkimi Bilal Əsədovdur. Bu adam ora yerləşdirilməzdən 2 gün əvvəl məhkəmədə danışığını bilirdi. Hadisə zamanı tam anlaqlı vəziyyətdə olub. Emin Səfərov 2 günə ruhi xəstəxanaya aparılır və bu ərəfə də ölüm işi boynunda qalan Münasib Xəlilovun dindirilmə zamanına düşdü. Emin Səfərovun məhkəmə prosesində olmadığı üçün Münasib Xəlilov dindirilmədən proses təxirə salındı. Çünki 11 aydır ki, törədilmiş ağır cinayət işinin üstü məhz Münasib danışdıqdan sonra açılacaqdır və buna da Eminin psixiatrik xəstəxanaya düşməsi mane oldu. Emin Səfərov heç vaxt ruhi dispanserin qeydiyyatında olmayıb və heç bir ruhi xəstəliyi barədə də şikayəti olmayıb. Hadisəni törətdiyi zaman tam anlaqlı vəziyyətdə olduğu məhz adıçəkilən xəstəxana tərəfindən təsdiqlənib və ittiham aktında da qeyd olunub. Qəsdən adam öldürən, qəsdən sağlamlığa ağır xəsarət yetirən, 3-cü şəxsi yaralamağa cəhd edən, ən nəhayət, 5 körpə uşağı atasız qoyan Səfərov Emin Ehtiram oğlu öz törətdiyi cinayət əməlindən canını 1 saylı Psixiatrik Xəstəxanasının həkimi Bilal Əsədovun əli ilə qurtarmağa çalışır”.
{banner_reklam}
Beləliklə həmin hadisə zamanı Emin Səfərov ruhi xəstə kağızı ilə məsuliyyətdən yayına bilmişdi. Buna baxmayaraq onun adı başqa cinayət əməllərində də hallanıb.O, "qanunsuz silah gəzdirmə" maddəsilə məhkum edilmiş.
Oxu24.com qətlə yetirilən Emin Səfərovun fotolarını unikl.orq saytına istinadla təqdim edir:
Oxu24.com
ŞƏRHLƏR