Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
12996
az

"Emil 444" ilə birgə bıçaqlanan şəxs xəstəxanadan qaçdı

12:3910 May, 2019
1107
KRİMİNAL
  • A
 
Paytaxtın Binəqədi rayonu İsrafil Həşimov küçəsində baş vermiş dava zamanı kriminal aləmdə "Emil 444" ləqəbi ilə tanınan Səfərov Emil Ehtiram oğlu qətlə yetirilib.

Oxu24.com  Unikal.org-a istinadən xəbər verir ki, həmçinin 1958-ci il təvəllüdlü Yusifov Əli Məhəmməd oğlu bıçaq xəsarətləri ilə 1 saylı Klinik Tibbi Mərkəzə yerləşdirilib.

Qətlə yetirilən Emil Səfərovdan başqa 2 nəfər də bıçaqlanıb. Bıçaq xəsarəti ilə Əli Yusifov 1 saylı Kliniki Tibbi Mərkəzə gətirilib. O, döş qəfəsinin sol tərəfindən bıçaqlanıb. Xəstəxanada onun yarasına tikiş vurulub. Həkimlərin israrına baxmayaraq o, xəstəxanada qalıb müalicə almaqdan imtina edib.

Sözügedən şəxs gecə ilə 1 saylı Kliniki Tibbi Mərkəzi tərk edib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Zəhərlənən tələbələrin ağzından niyə qan gəlib? – Müəmma
Bakıda şadlıq evindən xeyli miqdarda pul oğurlanıb
Qubada qızı onu zorlayan qohumu ilə üzləşdirdilər: