Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
128592
az

Bu adada yalnız pişiklər yaşayır— Sirli adanın maraqlı tarixçəsi + VİDEO

11:2422 Yanvar, 2025
61
MARAQLI
  • A

Yaponiyadakı qədər pişiklərin sevildiyi və onlara qayğı göstərildiyi ikinci  bir ölkə  demək olar ki,yoxdur.

Oxu24.com xəbər verir  ki,Yapon xalqının pişiklərə xüsusi münasibəti  əsrlər əvvəl başlayıb.

O  dövrdə pişiklər  ipəkçiliyin  himayədar  tanrıları  hesab  olunurdular.

 

O vaxtlar  ipək inanılmaz dərəcədə baha idi, məsələn, yüksək vəzifəli məmurlar maaşlarını ipəklə  alırdılar.

 

 

Belə qiymətli  məhsulun  istehsalında  siçanlar təhlükə yaradırdı. Bunun qarşpısını almaq məqsədi ilə yaponlar pişiklərdən istifadə etməyə başladılar.

 

Onlar ipəkçiliyin sıx  istehsal olunduğu ərazilərdə pişikləri yerləşdirirdilər. Yaponiyada pişik məbədlərinin və abidələrinin çox olmasının ilkin səbəbi budur.

 

Yaponiyanın Taşiro-jima adası pişiklər üçün cənnət adlanır. Sakit okeanda, sahildən 14 kilometr aralıda yerləşir və inzibati cəhətdən Miyaqi prefekturasının İşinomaki şəhərinə aiddir. İkinci adı Pişik adasıdır.

 Pişik adasının ərazisi kiçikdir - 3,14 km², 1603-cü ildə ipək istehsalı məqsədi ilə qurulub. 

Pişiklər əvvəlcə gəmiricilərə nəzarət etmək üçün adaya gətirilib. Bundan sonra pişiklər artaraaq bütün adanı bürüdü. Tədricən ipək istehsalı azaldı və onun yerində balıqçılıq inkişaf etdi.

Burada pişiklərin qızıl dövrü başladı. Balıqçılıq dövründə də pişiklər adanın ən sevimliləri olaraq qaldı. Yaponlar həmişə inanıblar və indi də inanırlar ki, pişiklər bəxt və pul gətirə bilir, həmçinin havanı proqnozlaşdırır. 

Hazırda adada iki kənd salınıb və onların arasında pişiklərin şərəfinə 10-a qədər məbəd var.

Turistlər üçün  Manqa adası adlanan bir "kurort" tikildi. Turizm kompleksi təpənin üstündə tikilmiş pişik başı formasında bir neçə taxta kottecdən ibarətdir və qonaqlara yeməklər, içkilər və suvenirlər satılır. Nitoda limanından gedən yolda müxtəlif pişikləri təsvir edən çoxlu kiçik heykəllərdən ibarət nəhəng bir heykəl, hətta bir abidə var. Bu Pişiklər-Art əsəri 2010-cu ildə Tokio İncəsənət Universitetinin tələbələri tərəfindən yaradılıb.

 Bu tip heykəlciklər ağacdan, sümükdən, çinidən, gildən və hətta yarı qiymətli daşlardan hazırlanır.

 

Hazırladı: Miri Məcidli

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu adada yalnız pişiklər yaşayır— Sirli adanın maraqlı tarixçəsi + VİDEO
Fil qayasına necə getmək olar?— MARAQLI VİDEO
Fil qayasına necə getmək olar?— MARAQLI VİDEO

Bu adada yalnız pişiklər yaşayır— Sirli adanın maraqlı tarixçəsi + VİDEO

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
DİN İmişlidəki qəzanın görüntülərini yaydı- Video
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyindən özümüzü necə qoruyaq? - QAYDASI +ƏLAMƏTLƏRİ
DTX-nin həbs etdiyi İvan Svetliçnıy hakim     qarşısına     çıxarıldı