İrkutsk vilayətində prokurorluğun tələbi ilə Baykal gölünün dibindən iki metrlik metal cəngavər heykəli götürülüb.
Oxu24.com xəbər verir ki, prokurorluq “sosial şəbəkələrdəki məlumatlarla əlaqədar” araşdırma apardıqlarını bildirib.
Bir əlində qalxan, digərində gəmi zəngi olan cəngavər heykəli 2024-cü ilin dekabrında dalğıc mərkəzi tərəfindən gölün dibinə quraşdırılıb.
Bu heykəl İrkutsk vilayətinin sakinləri tərəfindən tənqid edilib. Sosial şəbəkələrdə heykəlin mövcudluğu müzakirələrə səbəb olmuşdu.
Nigar
Oxu24.com
ŞƏRHLƏR