Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
127103
az

“Qara polkovnik” öldü

12:0302 Yanvar, 2025
53
DÜNYA
  • A

Sovet və rus siyasətçisi Viktor Alksnis 74 yaşında vəfat edib.

Oxu24.com xəbər verir ki,bu barədə Alksnisin rəhbərlik etdiyi "Qara polkovnik" teleqram kanalında qızı İrinaya istinadən məlumat verilib.


Qızı bilirib ki, dekabrın 30-na keçən gecə atası hemorragik insult keçirib və komaya düşüb. Alksnis bildirib ki, 2019-cu ildə ona prostat xərçəngi diaqnozu qoyulub.

Viktor Alksnis - aviasiya polkovniki, 2000-2007-ci illərdə Dövlət Dumasının deputatı. 1989-1991-ci illərdə SSRİ xalq deputatı, Latviya SSR Ali Sovetinin deputatı olub. O, Sovet İttifaqının dağılmasının əleyhdarı kimi şöhrət qazanıb, 1991-ci ilin avqustunda SSRİ prezidenti Mixail Qorbaçovun siyasətinə qarşı çıxan Fövqəladə Hallar üzrə Dövlət Komitəsini (QKÇP) dəstəkləyib. Alksnis mediada "Qara polkovnik" ləqəbi ilə tanınırdı.

1992-ci ilin oktyabrında Alksnis Latviyadan Rusiyaya getdi və onun sözlərinə görə, ona qarşı “Latviyanın SSRİ-dən ayrılmasına qarşı yönəlmiş deputatlıq və siyasi fəaliyyətə” görə “dövlətə xəyanət” maddəsi ilə iş açılıb. O vaxtdan bəri o, bu ölkədə persona non-qrata olub. 2005-ci ildə Sevastopolda keçirilən mitinqdə Krımın Rusiyanın tərkibinə daxil edilməli olduğunu deyərək Alksnisin Ukraynaya girişi qadağan edilib. 2022-ci ilin fevralında Alksnis Rusiyanın Ukraynaya müdaxiləsini dəstəkləmişdi.

 

Nigar

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Tramp bütün dövlət qurumlarında bu şöbəni BAĞLADI
Dolların məzənnəsi rekord həddə YÜKSƏLDİ - İranda
İranla Azərbaycan arasında mühüm razılaşmalar əldə olundu