Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
12664
az

Türkiyənin yeni silahı budur, düşmənlərə BƏD XƏBƏR

15:5202 May, 2019
988
HƏRBİ
  • A
 
Türkiyə müdafiə sənayesi IDEF-2019 iştirakçılarına orijinal silah və dizaynlarını təqdim etməkdə davam edir. Bunlar arasında yeni milli zirehli vasitələr, snayper tüfəngləri, rabitə avadanlıqları, son nəsil mina axtaran və mikrodronlar diqqəti cəlb edir.

Oxu24.com   xəbər verir ki, Türkiyənin odlu silah istehsalçılarından "Ata Arms" şirkətinin Ar-Ge fəaliyyəti nəticəsində ortaya çıxan ASR Multi Kalibre (dəyişkən çaplı) Snayper Tüfəngi 30 aprel-3 may tarixlərində reallaşdırılan 14-cü Beynəlxalq Müdafiə Sənayesi Sərgisi IDEF-19-da ilk bir dəfə nümayiş etdirilir.

Türkiyədə ilk dəfə istehsal edilən dəyişən çaplı snayper tüfəngi sürüşmə mexanizm sistemi ilə çalışır və istifadəçiyə .308 Win, .300 Win Mag və .338 Lapua Mag kimi 3 fərqli çapda lülə variantlarını təqdim edir. İstifadə edilən lülə və mərmiyə görə tüfəngin atəş məsafəsi 1000 metrdən 2 min metrədək dəyişir.


Ərazi şərtlərində əlavə alətdən istifadə etmədən çox sürətli və asan şəkildə lülə dəyişilməsinə imkan verən tüfəng, dünyada bir neçə firma tərəfindən istehsal edilir və bu xüsusiyyətinə görə sərgi iştirakçılarının diqqətini daha çox çəlb edir. Atıcı dəstək daxilində gizlənən 6 künclü açardan istifadə edərək bir dəqiqədən də qısa müddətdə tüfəngi ehtiyac duyduğu çapda lülə ilə təmin etmək mümkündür.

Bundan əlavə, qundaq daxilinə yerləşdirilən açılıb-yığılan ayaq atıcının ehtiyaclarına, həmçinin atəşin dəqiq və sürətli olması üçün iki fərqli nizamlanma meyarına malikdir. Avadanlıqdan asılı olaraq dəyişən tüfəngin çəkisi 6 və 6,2 kiloqram arasındadır. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycanda hərbi xidmət müddəti QISALDILIR? - AÇIQLAMA
Bu gün Milli Qəhrəman İlqar Mirzəyevin şəhidlik zirvəsinə ucaldığı gündür
Bu gün vəfat edən hərbçimizin FOTOSU

İnəkləri üçün 4 mərtəbəli bina tikdi

18+

Azərbaycanda müğənni qətlə yetirildi: Türkanın hadisə ilə bağlı şok etirafı (18+VİDEO)
Prezidentin xanımı və qızı ilə səsverməsindən yeni- Video
Bu şəxslər vərəmə meyilli olurlar
Gözü və ürəyi qoruyur, hormonları tənzimləyir - Zəfəranın faydaları
Azərbaycanda küçədə bıçaqlanma -ANBAAN GÖRÜNTÜLƏR