Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
11643
az

Rusiyanın Qarabağla bağlı SENSASİON MƏQSƏDİ - Qevorqyan bütün DETALLARI AÇDI

18:1904 Aprel, 2019
2813
  • A
“Rusiya siyasi, ekspert dairələri Dağlıq Qarabağ münaqişəsinin Moskvanın nəzarətindən çıxmasından narahatdır. Rusiya “Lavrov planı”nı irəli çəkməyə çalışır və son məqsədi rus ordusunun Qarabağa girişini təmin etməkdir. ATƏT-in Minsk qrupunun keçmiş amerikalı həmsədri Riçard Hoqland da bildirdi ki, danışıqlar masasında mövcud olan “Lavrov planı”nı nə Ermənistan, nə də Azərbaycan qəbul edir. Görünür, Rusiya münaqişənin nizama salınmasında heç bir variantını təmin edə bilmir”.

Oxu24.com xəbər verir ki, bu barədə erməni şərhçi Qarnik Qevorqyan deyib.

Onun fikrincə, Vyanada Azərbaycan və Ermənistan rəhbərlərinin humanitar əlaqələrin genişləndirilməsi ilə bağlı razılıq Rusiyanın maraqlarına uyğun gəlmir: “Çünki Rusiyaya regionda möhkəm sülh lazım deyil, əksinə Azərbaycan və Ermənistana təsir etmək üçün müharibə lazımdır. Qarabağ müharibəsini əsas gətirərək, Rusiya Ermənistanda hərbi qüvvələrini saxlamağa davam edir. Hətta Rusiyaya lazımdır ki, Ermənistanın daim düşməni olsun, çünki bu, ona “sizi yalnız biz qoruya bilərik” deməyə imkan verir”.

Erməni şərhçi hesab edir ki, Nikol Paşinyanın danışıqlara getməsi Putinin planlarına qarşıdır.

“Paşinyan Sarkisyandan fərqli olaraq Rusiyanın Qarabağla bağlı planlarının əksinə hərəkət edir və bu, Moskvada narahatlıq yaradır. Yaxın vaxtlarda Rusiyadan Ermənistana hər hansı müdaxilə olarsa təəccüblü olmaz. Ən azından Rusiya KİV-də Ermənistana qarşı yeni hücumlar olacaq”, - deyə Qevorqyan bildirib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Lukaşenko Qarabağda baş verənlərə görə Ermənistan rəhbərliyini günahlandırdı
İlham Əliyev Kremlə QƏRARINI AÇIQLADI - Bu vaxta kimi Qarabağı tərk edin
Bakı Xankəndinə bir az da yaxınlaşdı - Rusiya hansı müdaxiləni edəcək?

Sizi təəccübləndirəcək maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tulada qəribə hadisə:Qadın bankda fişəng partlatdı
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Təqaüd düzəltmək adı ilə 400 min manatı ələ keçirən qadına    hökm     oxundu