Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
126245
az

“Ayıcıq” bağçasında iş adı ilə insanları aldadan şəxs tutuldu- Video

14:1023 Dekabr, 2024
31
KRİMİNAL
  • A

Sosial şəbəkələrdə uşaq baxçalarında işə qəbulla bağlı saxta elanlarla insanları aldadan və onların pul vəsaitləri ələ keçirən şəxs müəyyən olunub.

Oxu24.com  xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Binəqədi RPİ-nin əməkdaşları tərəfindən vətəndaşlara qarşı kütləvi dələduzluq əməllərində şübhəli bilinən daha bir nəfər - 1995-ci il təvəllüdlü Mirnicat Əmirov saxlanılıb.

Müəyyən edilib ki, M.Əmirov onunla əlaqə saxlayan hər bir vətəndaşdan işə qəbulla bağlı müraciətin qeydə alınması üçün müxtəlif məbləğlərdə pulun onun kartına köçürülməsini tələb edib. O, həmin pulları nağdlaşdırıldıqdan sonra  zərərçəkənlərin əlaqə nömrələrini bloklayıb.

Şübhəli şəxsən çoxsaylı bank kartları, elan saytlarında yerləşdirdiyi mobil telefon nömrələr və digər elektron sübutlar aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

DİN vətəndaşları elan saytlarında yerləşdirilən məlumatlara münasibətdə diqqətli olmağa və onlayn ödənişlər etməməyə çağırıb.

Qeyd edək ki, M.Əmirov özünü “Ayıcıq” uşaq bağçasının rəhbəri kimi təqdim edirmiş.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Feyziyevə 2 milyon “atan” şəxsin    bəraəti  ləğv   edildi
Kürdəmirdə daha bir   körpə  ölümü
Pirotexniki vasitələr satan 11    nəfər   saxlanıldı

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Almaniyadakı azərbaycanlı həkimlər    bölgələrdə     işləyəcək
Feyziyevə 2 milyon “atan” şəxsin    bəraəti  ləğv   edildi