Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
125978
az

"Şagirdlər ixtisas seçimi zamanı əmək bazarındakı tələbatı nəzərə almırlar"- DİM-in sədri

14:1019 Dekabr, 2024
34
CƏMİYYƏT
  • A

Hər il 9-cu sinifdən kifayət qədər şagird təhsilini sona qədər davam etdirmək istəmir və təhsilini bitirmədən əmək bazarına atılır. Biz bu şagirdlərin sayını azaltmaq üçün çalışırıq.

Oxu24.com  xəbər verir ki, bu sözləri Karyera İnkişaf Forumunda Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə deyib.

M.Abbaszadə ixtisas seçimi zamanı DİM-in şagirdlərə göstərdiyi dəstəkdən danışıb: “Mərkəzin saytında xüsusi testlər hazırlanıb və bu testlərin nəticələrinə uyğun olaraq proqram şagirdə öz əmək sahəsini müəyyənləşdirməyə kömək edir. Testlər mütəxəssislər tərəfindən elmi əsaslara uyğun hazırlanıb. Ancaq təəssüf ki, yeniyetmələr və onların valideyinləri ixtisas seçimi zamanı əmək bazarında olan tələbatı, gələcək yönümlü peşələri nəzərə almırlar. Əsas seçim ətrafdakı insanların düşüncələrinə uyğun müəyyənləşir”.

DİM-in sədri qeyd edib ki, ali məktəblərdə dövlət qulluğu sahəsində karyeranı qurmaq üçün gənclərlə görüşlər təşkil olunur: “Bu yaxınlarda keçirdiyimiz layihə çərçivəsində 22 yaşa qədər olan 2 mindən çox gəncə individual məsləhət verilib. Eyni zamanda, gənclər dövlət qulluğunun bələdçisi proqramından yararlana bilərlər. Bu proqram vasitəsilə hansı dövlət qulluğuna uyğun olduğun müəyyən edilir”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Üç vəkil cəzalandırıldı
Metropolitenin yeni rəisi kimdir? -DOSYE
Prezident onu işdən çıxardı

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Erməni hərbi cinayətkarların işi Bakı Hərbi Məhkəməsinin sədrinin icraatına verilib