Rusiya prezidenti Vladimir Putin bildirib ki, dünyada hərbi-siyasi vəziyyət ağır və qeyri-sabit olaraq qalır.
Oxu24.com xəbər verir ki, o, bu barədə Rusiya Müdafiə Nazirliyinin Kollegiyasının iclasında deyib.
"Bu gün dünyada hərbi-siyasi vəziyyət çətin və qeyri-sabit olaraq qalır. Beləliklə, Yaxın Şərqdə qan axıdılması dayanmır və dünyanın bir sıra digər regionlarında yüksək münaqişə potensialı qalır", - deyə Rusiya lideri ifadə edib.
Oxu24.com
ŞƏRHLƏR