Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
124938
az

MAQATE İranda zənginləşdirilmiş uranın istehsalının sürətinin kəskin artdığını açıqlayıb

19:0006 Dekabr, 2024
34
DÜNYA
  • A

İran 60%-ə qədər zənginləşdirilmiş uranın hasilatı və yığılma sürətini sürətlə artırmağa başladı.

Oxu24.com  xəbər verir ki, bunu Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi deyib.

"Bu gün agentlik elan edir ki, [uranın zənginləşdirilmiş] 60%-ə qədər hasil etmək qabiliyyəti kəskin şəkildə artmaqdadır", deyə  Qrossi bildirib.

MAQATE rəhbəri qeyd edib ki, əgər əvvəllər İran ayda 5-7 kq zənginləşdirilmiş uran istehsal edirdisə, indi bu həcm 7-8 dəfə və ya daha çox arta bilər.

Noyabrın 22-də İranın Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd Eslami MAQATE-nin İran əleyhinə qətnaməsinə cavab olaraq “əhəmiyyətli sayda” yeni qabaqcıl sentrifuqaların işə salındığını elan edib.

Noyabrın 21-də MAQATE-nin Rəhbərlər Şurası İranı nüvə məsələsində əməkdaşlıq etmədiyinə görə tənqid edən qətnamə qəbul edib. Tehranın MAQATE-dəki səfiri Möhsün Nazir Asl qətnamənin “siyasi motivli” olduğunu bildirib.

Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyi MAQATE-nin İran əleyhinə qəbul etdiyi qətnaməyə cavab verib.

 

Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Tbilisidə növbəti etiraz aksiyası keçirilir
Tramp bütün dövlət qurumlarında bu şöbəni BAĞLADI
Dolların məzənnəsi rekord həddə YÜKSƏLDİ - İranda

Dinozavr ayaq izləri tapılıb

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
DİN İmişlidəki qəzanın görüntülərini yaydı- Video
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyinə yoluxma zamanı bu etmək olmaz— HƏKİMDƏN AÇIQLAMA
Daha 92 milyon manat    Azərbaycana   qaytarıldı