Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
124851
az

Güney Azərbaycandan olan körpə uzun illər sonra doğum şəhadətnaməsi aldı -FOTO

21:2505 Dekabr, 2024
36
DÜNYA
  • A

Güney Azərbaycanın Culfa şəhərindən olan Huntay adlı körpəyə İranın Vətəndaşlıq Vəziyyəti Aktlarının Qeydiyyatı İdarəsi 6 ildən sonra doğum haqqında şəhadətnamə verib.

OXU24.COM "Azad İran" "Telegram" kanalına istinadən bildirir ki, bu barədə İranda İnsan Haqları Müdafiəçiləri Qrupu - HRANA məlumat verib.

Məlumata görə, İranın Vətəndaşlıq Vəziyyəti Aktlarının Qeydiyyatı İdarəsi uşağa türk adını daşıdığı üçün şəhadətnamə verməkdən imtina edirdi. Huntayın valideynləri övladlarına doğum haqqında şəhadətnamə almaq üçün mübarizə aparırdılar.

Qeyd olunur ki, Huntay 6 il ərzində şəxsiyyəti təsdiq edən sənədlərin olmaması səbəbindən tibbi, sosial və təhsil xidmətlərindən məhrum olub.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Tramp qılıncla səhnədə rəqs etdi -VİDEO
ABŞ Ukrayna ilə bağlı STRATEGİYANI DƏYİŞDİ -Tərəfləri nə gözləyir?
Türkiyədə birgünlük matəm elan edildi