Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
124839
az

Moldovanın energetika naziri vəzifəsindən azad edilib

19:4305 Dekabr, 2024
62
DÜNYA
  • A

Moldova Prezidenti Maya Sandu Viktor Parlikovun respublikanın energetika naziri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Oxu24.com xəbər verir  ki, müvafiq sənəd dövlət başçısının saytında dərc olunub.

“Viktor Parlikov energetika naziri vəzifəsindən geri çağırılsın”, – sərəncamda deyilir.

Sənəddən belə çıxır ki, o, imzalandığı gündən, dekabrın 5-dən qüvvəyə minib.

Parlikovun istefasını Moldovanın baş naziri Dorin Recean tələb edib. Onun sözlərinə görə, tariflərin artırılmasına və sənayedəki böhrana görə məsuliyyət daşıyan energetika naziridir.

Sentyabrın 18-də Moldova Nazirlər Kabineti ölkənin milli ordusunun komandanı Eduard Oxladçukun istefası təşəbbüsü ilə çıxış edib. Recan qərarın yekdilliklə alındığını vurğulayıb.

Moldova Müdafiə Nazirliyi Oxladçukun müqaviləsinin başa çatdığını açıqlayıb. Bununla belə, müxalifət nümayəndələri hesab edirlər ki, baş qərargah rəisi “hakimiyyət üçün əlverişsiz olub”.

Sentyabrın 27-də Sandu Oxladçukun istefası haqqında fərman imzalayıb. O, 2021-ci il noyabrın 8-dən bu vəzifələrdə çalışır.

Qaqauziyanın keçmiş rəhbəri bir müddət əvvəl Sandudan “qurtulmağın” yolunu göstərmişdi.

 

Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Əvvəl 24 saat deyirdi, indi isə100 gün     vaxt       verdi
İraqda 9 yaşlı qızlarla dini nikaha     icazə      verildi
76 nəfərin öldüyü yanğına görə hotel      sahibi      saxlanıldı