Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
124529
az

Bu ərazilərə qar yağdı

10:0903 Dekabr, 2024
48
CƏMİYYƏT
  • A

Ölkə ərazisində müşahidə edilən faktiki hava açıqlanıb.

Oxu24.com  xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin yaydığı məlumata əsasən, ölkə ərazisində yağıntılı hava şəraiti davam edir, bəzi şərq rayonlarında yağış leysan xarakterlidir.

Belə ki, düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 13, Mərkəzi Aran bölgəsində 33 mm, Lənkəran-Astara bölgəsində 16, Qazax-Gəncə bölgəsində 3, Qarabağ və Şərqi Zəngəzurda eyni zamanda, Balakən-Şəki zonasında 2, Quba-Qusar zonasında 1 mm-dək olub.

Dağlıq ərazilərə qar yağıb, yağan qarın hündürlüyü Şahbuzda 17, Qrızda 12, Şahdağda 8, Lazada (Qusar) 3, Daşkəsəndə 2, Xınalıq, Xaltan, Göygöl, Gədəbəydə 1 sm olub.

Sumqayıt, Daşkəsən, Göygöl, Naftalan, Gəncə, Şəmkir, Balakən, Qax, Zaqatala, Şəki, Şamaxı, Qobustan, Quba, Qəbələ, Qusar, Qrız, Xaltan, Göyçay, Lerikdə duman müşahidə olunub, görünüş 200-500 metrədək məhdudlaşıb.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında, Aran rayonlarında 6 dərəcəyədək isti, Naxçıvan MR-da 6, dağlıq rayonlarda 10 dərəcəyədək şaxta qeydə alınıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Milli Qəhrəmanın “PKK”çı oğlu öldü- İşə xitam verildi
Göyçayda tələbə    qızlar    zəhərləndi
İntensiv    yağış    yağacaq