Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
123481
az

ABŞ bu qətnaməyə yenə veto qoydu

23:4120 Noyabr, 2024
103
SİYASƏT
  • A

ABŞ BMT Təhlükəsizlik Şurasının Qəzzada dərhal atəşkəs tələb edən qətnaməsinə dördüncü dəfə veto qoyub.

OXU24.COM  xəbər verir ki, qətnamə layihəsi səsverməyə çıxarılıb. Qəzzada dərhal atəşkəs, məhbusların azad edilməsi və humanitar böhranın qarşısının alınmasının tələb olunduğu qətnamə layihəsinə ABŞ yenə veto qoyub, digər 14 üzv ölkə qanun layihəsinin lehinə səs verib.

ABŞ-ın BMT-dəki daimi nümayəndəsinin müavini Robert Vud bildirib ki, israilli əsirlər azad edilmədən ABŞ qeyd-şərtsiz atəşkəs tələbini dəstəkləməyəcək. Onun sözlərinə görə, qətnamə layihəsi qəbul olunsa, HƏMAS-ın danışıqlar masasına oturması üçün heç bir təşəbbüsü olmayacaq.

Qeyd edək ki, layihəni 15 üzvdən ibarət BMT Təhlükəsizlik Şurasının 10 seçilmiş üzvü: Əlcəzair, Ekvador, Qayana, Malta, Mozambik, Cənubi Koreya, Sierra Leone, Sloveniya və İsveçrə təqdim etmişdi.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rusiyaya və Putinə böyük bir yaxşılıq etmək niyyətindəyəm - Tramp
Zelenskidən Trampa təbrik mesajı: Ümid günüdür...
Putin Trampı təbrik etdi