Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
123288
az

Britaniya və ABŞ Bakıda saziş imzaladı

09:1019 Noyabr, 2024
62
SİYASƏT
  • A

Böyük Britaniya və ABŞ COP29 çərçivəsində sənayenin karbon emissiyalarını azaltmaq və enerji təhlükəsizliyini gücləndirmək üçün qabaqcıl nüvə texnologiyalarının tətbiqini sürətləndirmək məqsədilə birgə əməkdaşlığa başlayıb.

OXU24.COM  xəbər verir ki, Bakıda keçirilən iqlim danışıqları zamanı Böyük Britaniyanın enerji naziri Ed Milibend və ABŞ-ın enerji katibinin müavini David Turk nüvə reaktorları üzrə çoxtərəfli tədqiqat sazişi imzalayıblar.

Bu saziş dünya üzrə aparıcı akademik institutlar və nüvə texnologiyaları üzrə innovatorlar da daxil olmaqla, milyardlarla funt-sterlinq dəyərində nüvə tədqiqat və inkişaf resurslarını bir araya gətirəcək. Məqsəd qabaqcıl nüvə texnologiyaları haqqında məlumat mübadiləsini dəstəkləmək və bu texnologiyaların 2030-cu ilədək sənayedə tətbiqini təmin etməkdir. Qabaqcıl modul reaktorlar kimi yeni texnologiyalar aviasiya yanacağı, hidrogen və ya polad istehsalı kimi ağır sənayeni karbon emissiyalarından azad etmək üçün aşağıkarbonlu istilik və enerji təmin edə bilər. Bu reaktorlar kiçikölçülü olub zavodlarda istehsal oluna bilər ki, bu da onların tikinti prosesini daha sürətli və sərfəli edir.

Yeni saziş 2025-ci il martın 1-dən qüvvəyə minəcək və həmçinin Kanada, Fransa, Yaponiya, Koreya Respublikası, Cənubi Afrika Respublikası, Çin, İsveçrə və Avstraliya tərəfindən imzalanacağı gözlənilir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Putinlə görüşmək üçün Moskvaya gələn Avropa lideri kimdir?
Peskov Putinin Yeni il tətili ilə bağlı planlarını açıqladı
Fransanın Baş nazirinin reytinqi tarixi minimuma endi

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Gəncədə 26 yaşlı Məhəbbət QƏTLƏ YETİRİLDİ