Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
123245
az

Kapital Bank rekord göstərici ilə 4 qızıl “Felis” mükafatı qazandı

15:3018 Noyabr, 2024
33
CƏMİYYƏT
  • A

Ölkənin birinci bankı Kapital Bank Türkiyənin nüfuzlu “Felis” mükafatına layiq görülüb. “Felis” hər il Türkiyə və Azərbaycan reklam bazarında yaradıcı yanaşma ilə seçilən və fərq yaradan layihələrə təqdim edilir. Bu il kreativliyi və uğuru ilə fərqlənənlər sırasında Kapital Bank komandasının həyata keçirdiyi 4 layihə də var.  

“Digital Mobile” (“Rəqəmsal və Mobil”) bölməsində “SMM və Digital Campaign” (“Sosial media marketinq və rəqəmsal kampaniya”) kateqoriyasında qızıl “Felis”i Qırmızı Ürəklər Fondunun həyata keçirdiyi “Türkiyə üçün bir ürək olaq” layihəsi qazanıb. Xatırladaq ki, Fond 2023-cü ilin fevral ayında Türkiyənin müxtəlif bölgələrində insan təlafatı ilə nəticələnən zəlzələ zamanı ianə aksiyası başlatmış və qısa zamanda 750 000 manat toplayaraq qardaş ölkəyə göndərmişdi. 
Kapital Bank-ın 28 May Müstəqillik Günü münasibəti ilə “TikTok” sosial şəbəkəsi üçün hazırladığı “Cümhuriyyətin İzi” adlı filter cari ilin seçilən ideyalarından biri oldu. Ümumilikdə 50 000 istifadəçinin video çəkərək paylaşdığı və həmin videoların 30 milyondan çox baxış yığdığı layihə rekord göstərici ilə “User participation” (“İstifadəçi aktivliyi”) və “Use of Technology” (“Texnologiyadan istifadə”) kateqoriyalarında 2 “Felis” qazandı. 
Bankın “Ağıllı nağıllar” reklam agentliyi ilə birgə hazırladığı “Birbank x Paster” video çarxı qısa müddətdə izləyicilər tərəfindən çox sevildi və yerli bazarda fərq yarada bildi. Nəticədə layihə “Design Branding” (“Dizayn və Brendinq”) bölməsində “Moving Image Design” (“Hərəkətli foto dizayn”) kateqoriyasında qalib oldu.
Bu mükafatlar Kapital Bank-ın reklam və marketinq sahəsində də innovasiyalar yaradaraq kreativ liderliyini bir daha təsdiqləyir. 

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 119 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün //kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— //kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — //kbl.az/prcrc.
 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Litvanın yeni Baş naziri o seçildi

Bu müəllimlərin maaşı ARTIRILDI -MƏBLƏĞ
BMT-dən BCM-in Netanyahunu həbs etmək qərarına REAKSİYA

Dövlət işində çalışanlara BƏD XƏBƏR: 1 yanvar tarixindən...

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Nazir psixiatriya xəstəxanasının direktorunu işdən çıxardı- Yeni təyinat (FOTO)
“400 minlik yeyintidən xəbərim olmayıb”- Azad Rəhimovun oğlu