Zelenski Scholz-un Putinə zəng etmək niyyətinə qarşı çıxıb və kanslere bu addımdan çəkinməyi tövsiyə edib.
Oxu24.com xəbər verir ki, bu barədə “Reuters” Ukrayna prezidentinin ofisindəki mənbəyə istinadən məlumat yayıb.
“Kansler prezidentə Putinlə söhbət edəcəyini bildirdi. Prezident xəbərdarlıq edib ki, bu, vəziyyəti daha da pisləşdirəcək, Putinin təcrid səviyyəsini azaldacaq. Putini əsl sülh maraqlandırmır, sadəcə bir az möhlət istəyir. Söhbət ona vəziyyəti dəyişmək və hərbi əməliyyatları davam etdirmək imkanı verəcək. Belə dialoq sülhə gətirib çıxarmayacaq, çünki Putin yenə də köhnə yalanlarını təkrarlayaraq, artıq təcrid olunmadığı görüntüsü yaratmağa çalışacaq”, - mənbə bildirib.
Bununla belə, Scholz Zelenskinin xəbərdarlıqlarına məhəl qoymamaq qərarına gəldi və yenə də Putinlə danışdı.
Kremldən verilən məlumata görə, Putin və Scholz telefon danışığı bitdikdən sonra köməkçilərinin əlaqə saxlaması barədə razılığa gəliblər. Almaniya Nazirlər Kabinetinin nümayəndələri də bundan əvvəl Kremllə dialoqun davam etdirilməsi barədə məlumat vermişdilər.
Bu gün Putin kansler Şolzla telefon danışığı zamanı bildirib ki, Rusiya hakimiyyəti Ukrayna ilə danışıqlardan heç vaxt imtina etməyib və dialoqun bərpasına açıqdır.
Nigar
Oxu24.com
ŞƏRHLƏR