Avropa diplomatiyasının rəhbəri Cosep Borrell ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampı İspaniya diktatoru Fransisko Franko ilə müqayisə edib.
Oxu24.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Borrell Avropa Parlamentində keçirilən dinləmələrdə bildirib.
"ABŞ artıq Obamanın dövründə olduğu kimi deyil. Məsələn, Frankonun rəhbərliyi ilə İspaniya Qonzalesin (1982-ci ildən 1996-cı ilədək İspaniya hökumətinin başçısı. - red) dövründəki İspaniyadan fərqli idi”.
Borrell əlavə edib ki, Trampla Franko arasındakı fərq Amerika prezidentinin vətəndaşlar tərəfindən seçilməsindədir.
ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçirilib. Bu vəzifə üçün Demokratlar Partiyasının namizədi Kamala Harris və Respublikaçılar Partiyasının nümayəndəsi Donald Tramp mübarizə aparıb. Qələbə qazanmaq üçün siyasətçilərdən biri ən azı 270 seçici səsini toplamalı idi. Səsvermənin nəticələrinə görə, Tramp 312, Harris isə 226 səs toplayıb.
ABŞ-nin 47-ci prezidentinin andiçmə mərasimi 2025-ci il yanvarın 20-də baş tutacaq.
Oxu24.com
ŞƏRHLƏR