Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
122710
az

“Ukrenerqo”nun keçmiş rəhbəri Ukraynanı tərk edib

14:1912 Noyabr, 2024
52
DÜNYA
  • A

Barəsində cinayət işi qaldırılan “Ukrenerqo”nun keçmiş rəhbəri Vladimir Kudritski Ukraynanı tərk edib.

 

Oxu24.com xəbər verir  ki, bu barədə Telegram-da “Insider UA” nəşri məlumat yayıb.

 

Nəşrin məlumatına görə, dövlət şirkətinin keçmiş rəhbəri oktyabrın 26-da Polşa ilə sərhədi keçib. Elə həmin gün Kudriçki Varşava hava limanında təyyarəyə minib.

 

Qeyd olunur ki, Kudritskinin qəfil getməsi Ukrayna Milli Bürosunun (NABU) Rusiya xüsusi əməliyyatının başlamasından sonrakı ilk aylarda şirkətdən 1,4 milyard qrivna (33,6 milyon dollar) oğurlaması işi ilə bağlıdır.

 

Bundan əvvəl Kudritski Ukrayna rəsmilərini ölkədəki enerji vəziyyətinə görə tənqid edib. Bundan əlavə, o, Ukrayna prezidenti Vladimir Zelenskinin ofisinin ölkənin enerji sistemini öz nəzarəti altına almaq istədiyini bildirib. Onun fikrincə, belə yanaşma enerji sisteminin çökməsinə səbəb ola bilər.

İyul ayında Kudritski korrupsiya ilə bağlı cinayət işində müttəhim oldu. Ali Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi NABU-ya Kudritskiyə qarşı qanunsuz müavinətlər əldə etmək və gəlirlərin yuyulması ilə bağlı cinayət işi açmaq barədə qərar qəbul edib. Dövlət korporasiyasının rəhbəri vəzifə səlahiyyətlərindən sui-istifadədə də ittiham olunur.

 

Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Əsədin həyat yoldaşı boşanaraq Rusiyanı tərk etmək istəyir
Bu ölkədə TikTok    qadağan    edildi
"Mask heç vaxt ABŞ prezidenti ola bilməyəcək" -Tramp

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
“Qızımı öldürməzdən əvvəl “semiçka” da almışdı ki, yeyib-içəcəyik”- Video