Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
122666
az

Sabunçudakı tuneldə 2 nəfərin boğulub ölməsi ilə bağlı Prokurorluqda iş açılıb

11:0012 Noyabr, 2024
57
KRİMİNAL
  • A

"Bu dəfəki yağışla biz zəif yerlərimizi gördük".

Oxu24.com xəbər verir ki, bunu Bakı Şəhər icra Hakimiyyətinin başçısı Eldar Əzizov deyib.

O APA-ya açıqlamasında bildirib ki, kanalizasiya, su təchizatı sistemi Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin balansındadır. Bunun yaxşı təşkili ilk növbədə onların vəzifələridir.

"Tunellər isə "Azərtikinti"nin balansındadır. Amma buna baxmayaraq BŞİH burada azı koordinator kimi çıxış edir. Biz özümüzü bu məsuliyyətdən kənarlaşdırmırıq. Biz bu qurumlarla əməkdaşlıq edirik. Tədbirlər görülür ki, bir də belə vəziyyət təkrar olunmasın. O hadisə baş verən tuneldə Prokurorluq tərəfindən araşdırma aparılır. Artıq Prokurorluqda iş açılıb. Nəticə barədə məlumat veriləcək", - deyə E. Əzizov əlavə edib.

Xatırladaq ki, oktyabr ayının 22-də Sabunçuda tunelə yağış sularının dolması nəticəsində 2 nəfər boğularaq ölüb. 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Daha 92 milyon manat    Azərbaycana   qaytarıldı
Şəbnəmi qətlə yetirən qardaşına bu     cəza      verildi
DTX-nin həbs etdiyi İvan Svetliçnıy hakim     qarşısına     çıxarıldı