Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
122432
az

Ukrayna rəsmiləri açıqladılar: Britaniya ilə münasibətlər pisləşib

14:2509 Noyabr, 2024
85
SİYASƏT
  • A

Britaniyanın baş naziri Keir Starmer Ukraynaya uzaqmənzilli silahlar vermir.

OXU24.COM  xəbər verir ki, bu barədə "The Guardian"ın Kiyevdəki mənbələri bildiriblər.

Onların fikrincə, leyboristlər hakimiyyətə gələndən sonra Londonla münasibətlər pisləşib.

“Starmer bizə uzaq mənzilli silahlar vermir. Vəziyyət Rişi Sunakın baş nazir olduğu vaxtdan fərqlidir. Münasibətlər pisləşib”, - Britaniya qəzetinin mənbəsi bildirib.

Qeyd edək ki, Keir Starmer bu həftə Macarıstanda Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşüb. O, Kiyevə sarsılmaz dəstəyini bəyan edib.

“The Guardian” yazır ki, Kiyev rəsmiləri görüşün nəticəsində raketlərlə bağlı irəliləyişin olmamasından şikayətləniblər.

Britaniya qəzetinin yazdığına görə, Starmerin Ukraynaya mümkün səfəri avqust ayından müzakirə olunsa da, o, səfəri bir neçə dəfə təxirə salıb.

“Onun turist kimi gəlməsinin mənası yoxdur. Hazırda o, zəruri qərarlar verməyə hazır deyil”, - nəşrin həmsöhbəti əlavə edib.

Xatırladaq ki, Ukrayna Britaniyanın uzaqmənzilli “Storm Shadow” raketlərinin istifadəsini sonuncu dəfə oktyabrın əvvəlində, ondan əvvəl isə martda elan edib. Böyük Britaniyanın baş nazirinin ofisi əmin edib ki, London Ukraynaya yardımı davam etdirmək niyyətindədir. Onlar qeyd ediblər ki, Zelenski və Starmer iyuldan bəri altı dəfə görüşüblər.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Papadan növbəti atəşkəs çağırışı
Gürcüstan Prezidenti hakimiyyətə 1 HƏFTƏ VAXT VERDİ
Tramp ABŞ-da yalnız iki cinsi tanıyacağına SÖZ VERDİ

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Təcili tibbi yardıma 800 minə yaxın    müraciət    olub
Qayınatasıgilin 50 gün öncə öldüyü evdə intihar edibmiş- Foto