Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
121667
az

8 Noyabr prospektində təmir işləri nə yerdədir? -VİDEO

16:4931 Oktyabr, 2024
51
CƏMİYYƏT
  • A

Dövlət başçısının tapşırığına uyğun olaraq, vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 8 Noyabr prospektində aparılan əsaslı təmir işləri yekunlaşmaq üzrədir. 

Oxu24.com xəbər verir ki, paytaxtın əsas prospektlərindən biri sayılan və uzunluğu 10 km olan 8 Noyabr prospekti uzun müddət əsaslı təmir olunmadan istismar olunduğundan yolun asfalt-beton örtüyündə çatlar və qabarmalar müşahidə olunurdu. Bu isə paytaxtın əsas işlək prospekti ilə rahat hərəkətə maneə yaradırdı.

Layihəyə əsasən aparılan əsaslı təmir işləri çərçivəsində nəqliyyat vasitələrinin sürətli və maneəsiz hərəkətini təmin etmək, eləcə də yolun fasiləsiz olaraq yüksək hərəkətli buraxma qabiliyyətinin təmin edilməsi məqsədilə prospekt boyunca köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, zəruri olan yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, əks-dolğu işləri icra olunmaqla yeni yol əsası inşa edilib. Ardınca “İnşaat Norma və Qaydaları”na əsasən prospektin zəruri əraziləri hamarlayıcı lay olmaqla asfaltlanıb, ardınca isə 2 laydan ibarət asflat-beton örtüyü döşənib.

Əsaslı təmir işləri aidiyyəti qurumlarla razılaşdırılmış şəkildə və yeraltı kommunikasiya xətlərinin çəkilişi ilə məşğul olan qurumlarla koordinasiyalı aparılıb, prospektin müxtəlif hissələrində yeraltı kommunikasiya xətlərinin yenilənməsi işləri görülüb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən prospekt boyunca vətəndaşların rahat və təhlükəsiz hərəkəti üçün istismara yararsız səki daşlarının sökülməsi, ərazidən asılı olaraq 2-3.5 metr enində yeni piyada səkilərinin tikintisi işləri icra olunub. Hazırda səki hissələrin bəzək daşlarla (tamet) örtülməsi işləri aparılaraq yekunlaşdırılır. Anoloji işlər prospekt boyunca yolayrıcında da aparılıb. Yolayrıcı zolağın eni ərazidən asılı olaraq 2-2.4 metr arası dəyişir.

Razılaşdırılmış layihə əsasında hərəkət zolaqlarının sayı eyni, yəni hər bir istiqamət üzrə 4 zolaq saxlanılmaqla, 1.5 metr (hər bir istiqamət üzrə) enində ayrılmış velosiped zolaqları salınıb, velosiped yolları eni 1.2 metr (hər bir istiqamət üzrə) olan “bufer zona”lar vasitəsilə yolun nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hissəsindən ayrılıb, ərazidə işıqlandırma səviyyəsinin yaxşılaşdırılması məqsədilə tədbirlər görülüb.

Hərəkət iştirakçılarının rahat və təhlükəsiz hərəkəti üçün prospektin bir çox hissəsinə üfiqi nişanlanma xətləri çəkilib.

Bundan başqa 8 Noyabr propsketində yerləşən yerüstü piyada keçidlərində də təmir-bərpa işləri aparılır.

Əsaslı təmir işlərinin tərtib olunmuş qrafikə uyğun yaxın günlərdə tam olaraq yekunlaşdırılması planlaşdırılır.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

3 milyon insana ŞAD XƏBƏR
Səhiyyə Nazirliyində əməliyyat keçirilir - Saxlanılanlar var
Mehriban Zeynalovaİnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyasının sədri seçildi

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Almaniyadakı azərbaycanlı həkimlər    bölgələrdə     işləyəcək
Feyziyevə 2 milyon “atan” şəxsin    bəraəti  ləğv   edildi