Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
121385
az

Avropa Parlamentinin bu qərarı ilə bağlı bəyanat yayıldı

21:3928 Oktyabr, 2024
73
CƏMİYYƏT
  • A

Almaniyanın Münster şəhərində fəaliyyət göstərən Avropa Azərbaycan Mərkəzinin sədri Zaur Əliyev Avropa Parlamentinə Azərbaycanla bağlı qəbul etdiyi növbəti qərəzli qətnaməyə görə etiraz bəyanatı ünvanlayıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən OXU24.COM -a bildirilib ki, bəyanatda Avropa Parlamentinin 2024-cü il 24 oktyabr tarixində Azərbaycana qarşı qəbul etdiyi qətnamə beynəlxalq hüququn normalarına zidd, obyektivlikdən uzaq və birtərəfli addım kimi qiymətləndirilib. Bu qərarın təməlindəki qərəzli yanaşmanın yalnız Azərbaycan deyil, bütün suveren ölkələr üçün narahatlıq doğurduğu vurğulanıb.

Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsinin beynəlxalq hüququn tələblərinə uyğun olduğu diqqətə çatdırılıb.

Bəyanatda qeyd edilib ki, Ermənistanın işğal dövründə törətdiyi mina terroruna, dağıdılmış mədəni və tarixi irsimizə, həmçinin itkin düşən 4 min soydaşımızın taleyinə dair hər hansı obyektiv mövqenin ortaya qoyulmaması təəssüf doğurur.

Otuz il ərzində bir milyona yaxın azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşməsinin, onların fundamental hüquqlarının pozulmasının diqqətdən kənarda qalması bu qətnamənin birtərəfli, qərəzli mövqedə olmasını bir daha təsdiq edir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Araz çayı üzərindəki körpünün tikintisi nə vaxt tamamlanacaq?
Azərbaycanda xəstəlik tüğyan edir: Qapanmaya gedilir?
Bakıda polisin tapdığı 10 min manat onun imiş... - Foto