Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
121376
az

İran Motorola-nı qadağan etdi

19:3928 Oktyabr, 2024
76
DÜNYA
  • A

İran hakimiyyəti Livanda çoxsaylı rabitə cihazlarında baş verən partlayışlardan sonra Motorola korporasiyasının mobil telefonlarının idxalını və istifadəsini qadağan edib.

 

Oxu24.com xəbər verir  ki, bu barədə “Digiato” portalı məlumat yayıb.

 

Onun məlumatına görə, ticarət, sənaye və mineral sərvətlər nazirinin müavini Məhəmməd Mehdi Baradaran vəzifəsindən getməzdən bir müddət əvvəl İranda hətta Motorola markalı telefonların satışının dayandırılacağını açıqlayıb.

 

Portalın qeyd etdiyi kimi, bir çox onlayn mağazalar artıq cihazları kataloqlarından çıxarıb və ya statuslarını “stokda yoxdur” vəziyyətinə dəyişib. İdxal qadağası səbəbindən bu markanın telefonları ölkə daxilində qeydiyyata alına bilməz.

 

Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Tramp bütün dövlət qurumlarında bu şöbəni BAĞLADI
Dolların məzənnəsi rekord həddə YÜKSƏLDİ - İranda
İranla Azərbaycan arasında mühüm razılaşmalar əldə olundu