Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
121364
az

Gürcüstanda mitinqlər başlayır

17:5528 Oktyabr, 2024
52
DÜNYA
  • A

Tbilisidə Gürcüstan parlamentinin binası qarşısında ötən seçkilərin rəsmi nəticələrindən narazı olan müxalifət partiyalarının mitinqinə hazırlıq gedir.

Oxu24.com  xəbər verir ki, bu barədə RİA Novosti  məlumat yayıb.

Meydanda səhnə və metal konstruksiyalar quraşdırılır. Ərazidə mitinqə hazırlıqlara mane olmayan polislər patrul edir.

Oktyabrın 26-da Gürcüstanda parlament seçkiləri keçirilib. Ölkənin 150 deputatdan ibarət ali qanunverici orqanında yerlər uğrunda 20-yə yaxın partiya mübarizə aparıb. Ardıcıl 12 il hakimiyyətdə olan hakim “Gürcü arzusu” partiyası 54,3% səslə qalib gəlib. Bir neçə partiya parlamenti boykot elan edib, müxalifət partiyası olan “Dəyişiklik Koalisiyası” isə deputat mandatlarından və dövlətin maliyyə dəstəyindən imtina edib.

Gürcüstan prezidenti Salome Zurabişvili parlament seçkilərində “tam saxtakarlıq” və “səslərin oğurlanması” olduğunu açıqlayıb. Onun fikrincə, respublika vətəndaşları “çox qeyri-adi bir şeyin” şahidi olublar.

Seçkilərdə qalib gələn “Gürcü arzusu” partiyası ölkə prezidenti Salome Zurabişvilini iğtişaşlar hazırlamaqda birbaşa ittiham edib.

 

Bundan əvvəl ABŞ Gürcüstanda parlament seçkilərində baş verən pozuntularla bağlı araşdırma aparmağa çağırıb.

 

Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

"Zurabişvilinin tələbində legitimlik yoxdur"- Nazir
Kreml Bəşər Əsədin boşanması ilə bağlı şayiələri     təkzib    etdi
Rusiya nümayəndə heyəti Tehranda səfərdədir- Video

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Almaniyadakı azərbaycanlı həkimlər    bölgələrdə     işləyəcək
“Ayıcıq” bağçasında iş adı ilə insanları aldadan şəxs tutuldu- Video