Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
121358
az

Braziliya prezidenti Bakıya da gələ bilməyəcək

17:0028 Oktyabr, 2024
54
SİYASƏT
  • A

Braziliya Prezidenti Lula da Silva noyabrda Bakıda keçiriləcək COP29 iqlim sammitində iştirak edə bilməyəcək.

Oxu24.com “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu barədə məlumatı Braziliya liderinin ofisi yayıb.

Bildirilib ki, buna səbəb onun bir müddət əvvəl başının arxasından zədə almasıdır.

Həkimlərin tövsiyəsinə uyğun olaraq, Lula da Silvanın BMT-nin hazırda Kolumbiyada keçirilən COP16 və gələn ay Bakıdakı COP29 sammitlərində iştirakı baş tutmayacaq. Onun vəziyyətinin hazırda stabil olduğu qeyd olunub.

Xatırladaq ki, 78 yaşlı Braziliya lideri ötən həftə öz iqamətgahında hamam otağında yıxılıb və boynundan zədə alıb. Həkimlər onun boynuna üç tikiş qoyduqdan sonra ambulator müalicə üçün evə buraxıb. Lula da Silva bu zədə səbəbindən Rusiyaya səfərini də təxirə salmalı olmuşdu. Belə ki, o, oktyabrın 21-dən 24-nə qədər Kazanda keçirilən BRICS smmitində iştirak etməli idi.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

NATO-dan təyyarə qəzası ilə bağlı     ÇAĞIRIŞ
"Hər zaman Azərbaycanın yanındayıq"- Gürcüstan XİN
İlham Əliyevə başsağlığı    məktubları    gəlir

Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır?— Ekspertdən açıqlama

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Raketin qalığı tapıldı— VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Usta öldü