Sabahdan - mayın 1-dən Azərbaycanın ümumtəhsil məktəblərində ibtidai siniflər üçün 5 günlük əlavə yaz tətili başlayır.
xəbər verir ki, tətil mayın 5-də başa çatacaq. İbtidai siniflər üçün dərslər mayın 6-da başlayacaq.
Xatırladaq ki, “Formula-1" üzrə Azərbaycan Qran-prisi ilə əlaqədar Bakının bəzi məktəblərində yaz tətilinin tarixi dəyişdirilib. Yarışların hərəkət sxeminə aid olan və Bakı şəhərinin mərkəzi ərazisində yerləşən T.İsmayılov adına 6 nömrəli məktəb-lisey, 132-134 nömrəli təhsil kompleksi və 23 nömrəli tam orta məktəbin ibtidai sinifləri üzrə 1 - 5 maydakı yaz tətilinin 24 - 30 aprelə keçirilməsi, 5 - 11-ci sinif şagirdlərinin buraxılmış dərs günlərinin növbəti həftələrdə şənbə günləri ilə əvəz olunması qərara alınıb.
Qeyd edək ki, ümumtəhsil məktəblərinin 2017-2018-ci dərs ilinə aid tədris planlarına əsasən, ümumtəhsil məktəbində dərs məşğələləri sentyabrın 15-də başlayıb, iyunun 14-də başa çatacaq. Dərs ili iki yarımilə bölünüb: birinci yarımil — 15 sentyabr-26 yanvar; ikinci yarımil — 1 fevral-14 iyun.
Dərs ili ərzində aşağıdakı tətillər müəyyən edilib: 5 gün payız tətili (16-20 noyabr); 5 gün qış tətili (27-31 yanvar). İbtidai siniflər üçün 5 günlük əlavə yaz tətili (1-5 may) müəyyənləşib.
Oxu24.com
ŞƏRHLƏR