Ukrayna prezidenti Vladimir Zelenski Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreşin Ukraynaya səfəri təklifini rədd edib.
Oxu24.com xəbər verir ki, bu barədə UNİAN-ın müxbirinə məlumatlı mənbə bildirib.
Xüsusilə, Quterreşi Kiyevdə qəbul etməkdən imtina BMT rəhbərinin bu həftə Rusiyanın Kazan şəhərində baş tutan BRİKS sammitində iştirakı ilə bağlıdır.
BMT-nin baş katibi BRİKS sammitindən sonra Ukraynaya səfər etmək istəyib, lakin onun səfəri Ukrayna tərəfi tərəfindən təsdiqlənməyib.
UNİAN-ın xəbərinə görə, oktyabrın 24-də Quterreş BRİKS sammitində Rusiya diktatoru Vladimir Putinin iştirakı ilə çıxış edərək, “BMT Nizamnaməsinə uyğun olaraq” Ukraynada “ədalətli sülh”ə çağırıb.
Miri
Oxu24.com
ŞƏRHLƏR