Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
120684
az

İran nüvə silahından imtina etdiyini bəyan edib

19:1721 Oktyabr, 2024
82
DÜNYA
  • A

İran nüvə silahı da daxil olmaqla, kütləvi qırğın silahlarından istifadədən əsaslı şəkildə imtina edib.

Oxu24.com  TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Baqai brifinqdə bildirib.

“Bu qərar Ali Rəhbərin Ayətullah Əli Xameneinin fitvasına əsaslanır. İran və xarici mətbuatda Tehranın nüvə doktrinasında dəyişikliklərin] müzakirəsi bu mövqeyə heç bir təsir göstərmir”, - diplomat vurğulayıb.

Bundan əvvəl İran Xarici İşlər Nazirliyi məlumat vermişdi ki, Tehran İsrailin ölkəyə raket hücumuna cavab vermək üçün hədəfləri müəyyən edib.

Oktyabrın 1-də İran İsrailə yüzə yaxın raket zərbəsi endirib. Onların əksəriyyəti ələ keçirilib. İsrail hücuma cavab verəcəyini vəd edib. ABŞ prezidenti Co Bayden jurnalistlərə deyib ki, Vaşinqton İranın raket hücumuna İsrailin cavabının təfərrüatlarını bilir. Rusiya İsraili hətta İranın nüvə obyektlərinə hücum ehtimalına qarşı xəbərdarlıq edib.

Bundan əvvəl İran Əfqanıstan və Pakistanla sərhəddə divar tikməyə başlayıb.

 

Miri

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Tramp bütün dövlət qurumlarında bu şöbəni BAĞLADI
Dolların məzənnəsi rekord həddə YÜKSƏLDİ - İranda
İranla Azərbaycan arasında mühüm razılaşmalar əldə olundu