Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
120464
az

Ayın 19-u bu yollara girməyin!- Siyahı

16:2417 Oktyabr, 2024
74
  • A

Məlum olduğu kimi, oktyabrın 19-u gün ərzində və 19-dan 20-nə keçən gecə saat 02:30-dan 05:30-dək COP29 tədbirinə hazırlıq məqsədilə paytaxtın bir sıra küçə və prospektlərində nəqliyyatın idarə edilməsi üzrə monitorinqlərin keçirilməsi üçün avtomobillərin hərəkət istiqaməti dəyişdiriləcək.

Oxu24.com  xəbər verir ki, Bakı şəhər DYPİ və AYNA birgə məlumat yayaraq yolların siyahısını açıqlayıb.

Belə ki, Hava Limanı şosesi, Heydər Əliyev prospekti, Neftçilər prospekti və Yusif Səfərov, Niyazi, İstiqlaliyyət, Lermontov, Mikayıl Huseynov, Xəqani Rüstəmov, Teymur Elçin, Mehdi Hüseyn küçələrində avtomobillərin hərəkəti dəyişdiriləcək.

Hərəkət iştirakçılarından monitorinq müddətində həmin istiqamətlər üzrə hərəkətdə tətbiq olunacaq məhdudiyyətləri nəzərə almaları xahiş edilib.

Bildirilib ki, hərəkətin təşkili DYP əməkdaşları tərəfindən tənzimlənəcək.

Heydər Əliyev hava limanına gedəcək vətandaşlardan səfərlərini tədbirdən daha öncə planlamaları və alternativ yollardan istifadə etmələri xahiş edilib.

Eyni zamanda qeyd edilib ki, oktyabrın 19-u gündüz saatlarında şatl avtobuslarının fəaliyyətinin monitorinqi ilə bağlı həyata keçiriləcək tədbirlər zamanı yollarda hər hansı bir məhdudiyyət tətbiq olunmayacaq.

Yollarda hərəkətin tənzimlənməsinə dair daha ətraflı məlumat DİN tərəfindən veriləcək.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Uşaqlar bu halda dövlətdən pul alacaq — QAYDASI +MƏBLƏĞ
Dərəyə aşdılar: Ölənlər var
Sahil Babayevlə görüşmək istəyənlərin NƏZƏRİNƏ!

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Ölüb-dirilən şəxsin danışdıqları şok etdi - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
“Nimesil” Azərbaycanda       qadağan     ediləcək?
Quru Qoşunlarının rüşvətə görə tutulan sabiq mühasibinin məhkəməsi başlayıb