Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
120458
az

Respublika Perinatal Mərkəzinin təmirinə başlanılır

15:3417 Oktyabr, 2024
68
CƏMİYYƏT
  • A

“Yanğın baş verən Respublika Perinatal Mərkəzinin təmir məsələsi müvafiq qurumlarla razılaşdırılıb”. 

Oxu24.com xəbər verir ki, bunu Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidmətinin təkmilləşdirilməsinə dair brifinqdə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov bildirib.

O qeyd edib ki, danışıqlar yekunlaşıb: “Bu həftə tender elan olunacaq və təmir işlərinə başlanılacaq”.

V.Qurbanovun sözlərinə görə, hələ ki, xəstəxanaya yeni direktor təyinatı yoxdur.

Xatrıladaq ki, bu ilin yanvarında Respublika Perinatal Mərkəzində yanğın baş verib. Yanğınla bağlı 3 vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb edilib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Araz çayı üzərindəki körpünün tikintisi nə vaxt tamamlanacaq?
Azərbaycanda xəstəlik tüğyan edir: Qapanmaya gedilir?
Bakıda polisin tapdığı 10 min manat onun imiş... - Foto