Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
120337
az

Pensiyaların gecikməsi iddiasına- Rəsmi cavab

16:0016 Oktyabr, 2024
113
İQTİSADİYYAT
  • A

Pensiya və müavinətlərin gecikməsi ilə bağlı sosial şəbəkələrdə iddialar yayılıb.

Oxu24.com xəbər verir ki, Dövlət Sosial Müdafiə Fondunun mətbuat katibi Rəşad Mehdili məsələyə münasibət bildirib.

“Çoxsaylı müraciətlərinizə əsasən bildiririk ki, ölkə üzrə aylıq sosial ödənişlər, o cümlədən pensiyalar müvafiq ayın son günü ödənilməli olduğu halda müəyyən edilmiş qrafikə əsasən daha tez müddətlərdə ödənilir. Əvvəlki aylarda olduğu kimi cari və növbəti ayların pensiyaları da ay yekunlaşmadan bank kartlarına köçürüləcək.

Qeyd olunanları nəzərə alaraq, hazırda müəyyən edilmiş qrafikə görə Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonunda pensiyalar hər ayın 8-15-i aralığında, respublikanın digər bölgələrində, o cümlədən güzəştli şərtlərlə pensiya ödənişləri isə 20-28-i aralığında ödənilir. Onu da diqqətə çatdırmaq istərdik ki, sosial ödənişlərin bank kartlarına köçürüləcəyi konkret tarixlər barədə vətəndaşlara əvvəlcədən məlumat verilir. Bildirmək istərdik ki, təcrübədə cari ayın pensiya ödənişlərinin növbəti aya keçməsinə, yəni hər hansı gecikmə halına rast gəlinməyib”, - o vurğulayıb.

Qeyd edək ki, sosial ödənişlər adətən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə ayın 10-dək, digər rayonlar üzrə isə 15-nə kimi ödənilirdi.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ukrayna BVF-dən 1,1 milyard dollar alıb
Kapital Bank tələbələr üçün “Emosional zəka” mövzusunda təlimlər keçirdi
Tədavülə yeni 3 qəpiklik buraxıldı- Foto

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Almaniyadakı azərbaycanlı həkimlər    bölgələrdə     işləyəcək
Feyziyevə 2 milyon “atan” şəxsin    bəraəti  ləğv   edildi