Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
120224
az

Ermənistanın xarici işlər naziri Türkiyəyə gedəcək

16:4515 Oktyabr, 2024
65
DÜNYA
  • A

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İstanbulda keçiriləcək “3+3” regional platformasının üçüncü iclasında iştirak edəcək. 

Oxu24.com xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan bildirib.

Xatırladaq ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan Türkiyənin “3+3” formatına (Ermənistan, Azərbaycan, Gürcüstan, Rusiya, İran, Türkiyə) istinad edərək Cənubi Qafqaz regional əməkdaşlıq platforması vasitəsilə region ölkələri ilə məsləhətləşmələri davam etdirdiyini bildirib.

“3+3” formatında əvvəlki görüş Tehranda keçirilib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Tramp bütün dövlət qurumlarında bu şöbəni BAĞLADI
Dolların məzənnəsi rekord həddə YÜKSƏLDİ - İranda
İranla Azərbaycan arasında mühüm razılaşmalar əldə olundu