Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
120143
az

Uşaqlar üçün daha təhlükəlidir - Koronavirusun yeni ştamının simptomları

09:1015 Oktyabr, 2024
60
  • A

"COVID-19 virusu daim mutasiya edərək yeni xüsusiyyətlər qazanır. Bu gün dövriyyədə olan koronavirus variantlarının 60%-dən çoxu FLiRT qrupuna aiddir, lakin artıq yeni XEC ştamı da meydana gəlməyə başlayıb. Özü də əgər əvvəllər koronavirus "böyüklərin" infeksiyası hesab olunurdusa, virusun mutasiyası ilə uşaqlar daha çox xəstələnməyə başlayıblar".

OXU24.COM  xəbər verir ki, bu barədə Rusiyanın Seçenov Universitetinin Epidemiologiya və Müasir Vaksinasiya Texnologiyaları kafedrasının müdiri, Rusiya Elmlər Akademiyasının müxbir üzvü Mixail Kostinov xəbərdarlıq edib.

Onun sözlərinə görə, XEC "Omicron"un növbəti variantlarından biridir.

"Bu ştam simptomlarına görə öz sələflərindən, demək olar ki, fərqlənmir - boğaz ağrısı, temperaturun yüksəlməsi, burun tutulması və mədə-bağırsaq problemləri yaradır", - deyə Mixail Kostinov bildirib.

Mütəxəssisin sözlərinə görə, "Omicron"dan sonra meydana gələn bütün ştamlar kimi, hazırkı koronavirus ilk növbədə risk qrupları - 60 yaşdan yuxarı insanlar, xroniki xəstəlikləri olanlar, immun çatışmazlığı olan insanlar, həmçinin əvvəllər xəstələnməyən və COVID-19-dan peyvənd olunmayanlar üçün təhlükə yaradır. Elm adamı onlara yenilənmiş vaksinlərlə peyvənd olunmağı tövsiyə edib.

Kostinovun sözlərinə görə, koronovirusun yayıldığı birinci-ikinci dövriyyə illərindən fərqli olaraq hazırda uşaqlar daha çox xəstələnməyə başlayıblar:

"Bu, əsasən uşaq və yeniyetmələrin daha geniş ünsiyyət dairəsinə malik olması və böyüklərdən daha çox sıx yerlərdə olması ilə bağlıdır".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Marketlərdə su qiymətinə satılan farşın TƏRKİBİ: Toyuq ayağı, qığırdaq, iç piylər...
Professor izah etdi: Qəhvə içənlərin bədənlərində 8 dəfə çoxdur
Hansı kərə yağını almaq daha yaxşıdır: 72, yaxud 82 faizli - fərq nədir?

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Almaniyadakı azərbaycanlı həkimlər    bölgələrdə     işləyəcək
Feyziyevə 2 milyon “atan” şəxsin    bəraəti  ləğv   edildi