Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
119980
az

Azərbaycanda ağır xəstəliklər yaradan antibiotik təhlükəsi: Qarşısını necə alaq?

22:3511 Oktyabr, 2024
126
CƏMİYYƏT
  • A

Tədqiqatçılar uzun müddətdir ki, antibiotiklərə qarşı müqavimətin ictimai sağlamlıq problemi olduğunu bildirirlər. "Səssiz epidemiya" olaraq da adlandırılan antimikrobiyal müqavimətlə bağlı yeni araşdırma dəhşətli həqiqəti ortaya çıxarıb. Bununla bağlı heç bir tədbir görülməsə, 2050-ci ilə qədər 39 milyondan çox insanın öləcəyi proqnozlaşdırılır. Tədqiqatın müəllifləri 2022-ci ildən 2050-ci ilə qədər antimikrobiyal müqavimət səbəbindən ölümlərdə təxminən 70 faiz artım olacağını proqnozlaşdırırlar. Qeyd edək ki, tədqiqat 204 ölkədə xəstəxana qeydləri, sığorta və ölüm şəhadətnamələri daxil olmaqla 520 milyon məlumat toplusunda araşdırılıb.

Məsələ ilə bağlı həkim-terapevt Sübhan Hacıyev OXU24.COM-a açıqlama verib.

O bildirib ki, 20-ci əsrin əvvəllərində pensilin antibiotikin kəşfi tibbdə yaxşı mənada böyük bir rezonans və inqilaba səbəb olub:

“Çünki bu antibiotiklə bir çox bakterial infeksiyaları müalicə etmək mümkün olub. Müasir tibbdə yüzlərlə antibiotik növləri var ki, onlar da bir çox bakterial infeksiyaların müalicəsində bizə çox böyük yardımçı olur. Unutmaq lazım deyil ki, əgər bakterial infeksiya yoxdursa antibiotik təyin etmək olmaz. Heç bir peşəkar həkim bakterial infeksiyanı təsbit etmədən antibiotik təyin etməz. Əfsuslar olsun ki, günümüzdə bir çox insanlar var ki, öz-özlərinin müalicəsi ilə məşğuldurlar. Acınacaqlı bir vəziyyətdir ki, ölkəmizdə insanlar rahatlıqla gedib aptekdən antibiotiklər ala bilirlər. Nəticədə əgər bir bakterial infeksiya yoxdursa qəbul edilən dərman həmin şəxsə pis təsir edir”.

Həkim diqqətə çatdırıb ki, antibiotik özbaşına təyin olunub, qəbul ediləcək dərman deyil:

“Bir həkim-terapevt olaraq insanlara tövsiyəm odur ki, qətiyyən antibiotik təyinini özbaşına etməsinlər. Hər hansı bir tibb işçisinin onlayn müayinəsi və yaxud tövsiyəsi nəticəsində də qəbul etməsinlər. Bir mənanlı olaraq həkim müayinəsində olduqdan sonra bakterial infeksiyanın kliniki əlamətləri və laborator müayinələrlə təsdiqləndikdən sonra antibiotik təyini mütləq şəkildə həkim tərəfindən təyin olunmalıdır. Hər bir antibiotik hər kəsə eyni dərəcədə təsir etməyəcəyinə görə mütləq şəkildə həkim müayinəsindən sonra diqqətlə təyin olunur. Çox yaxşı olardı ki, ölkəmizdə də bir çox inkişaf etmiş ölkələrdə olduğu kimi antibiotik satışı apteklərdən mütləq şəkildə resept əsasında olsun. Mütləq şəkildə bu reseptlər həkim-infeksionistlər tərəfindən də dəyərləndirilsin. Nəticədə biz antibiotik rezistentliyinin qarşısını alaraq, gələcək nəsillərdə ağır infeksion xəstəliklərin qarşısını ala bilərik”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İran valyutası ilə bağlı KRİTİK QƏRAR -Dörd sıfır silinəcək
Bu ölkədə 6,1 bal gücündə ZƏLZƏLƏ OLDU
Suriyanın yeni xarici işlər naziri o oldu

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Almaniyada dəhşətli terror: 11 ölü, 80 yaralı var -YENİLƏNDİ