Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
119954
az

Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiyaları müzakirə edəcək

17:2411 Oktyabr, 2024
57
DÜNYA
  • A

Avropa İttifaqına (Aİ) üzv ölkələr oktyabrın 14-də Lüksemburqda keçiriləcək iclasda yeni sanksiyalar rejimi çərçivəsində Rusiyaya qarşı yeni məhdudiyyətləri müzakirə edəcəklər.

 

Oxu24.com xəbər verir  ki, bu barədə TASS mənbələrə istinadən məlumat yayıb.

 

“Aİ-nin 27 ölkəsinin xarici işlər nazirləri yeni qəbul edilmiş sanksiya mexanizmi çərçivəsində Rusiyaya qarşı yeni sanksiyalara dair fikir mübadiləsi aparacaqlar”, - deyə  agentlik yazır.

Avropa rəsmisinin sözlərinə görə, icma nümayəndələrinin yeni mexanizm çərçivəsində onlara qarşı məhdudiyyətlərin tətbiq ediləcəyi fiziki və hüquqi şəxslərin siyahısını təklif edəcəkləri gözlənilir.

Aİ Şurası oktyabrın 8-də yeni sanksiyalar rejimini təsdiqləyib. Məhdudlaşdırıcı tədbirlərin sərtləşdirilməsi “Aİ və onun üzv dövlətlərinin fundamental dəyərlərinə, onların təhlükəsizliyinə, müstəqilliyinə və bütövlüyünə xələl gətirən” fiziki və hüquqi şəxslərə təsir edəcək, həmçinin bütövlükdə dünya ictimaiyyəti üçün təhlükə yaradacaq.

Onun qəbuluna cavab olaraq Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, yeni sanksiyalar rejimi “sabitliyi pozan” təsirlərə malikdir və beynəlxalq hüquq baxımından qeyri-legitimdir. Onun sözlərinə görə, bu həm də “Brüsselin müstəqilliyinin olmamasından” danışır.

 

Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

"Amerikalılar Rusiyaya raket zərbələri endirirlər" -Peskovdan KRİTİK AÇIQLAMA
Ərdoğan “Yaprak Dökümü”ndəki məşhur replika ilə müxalifəti TƏNQİD ETDİ
İranda dəhşətli qəza: 10 ölü, 17 yaralı

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Almaniyada dəhşətli terror: 11 ölü, 80 yaralı var -YENİLƏNDİ