Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
119928
az

Rəşad Məcidin yubileyi qeyd olunacaq

14:4211 Oktyabr, 2024
64
CƏMİYYƏT
  • A

Yazıçı, jurnalist, Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət işçisi, "525-ci qəzet"in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcidə həsr olunmuş tədbir keçiriləcək.

Oxu24.com-un  məlumatına görə Rəşad Məcidiin anadan olmasının 60 illiyinə həsr olunmuş ədəbi-bədii tədbir 12 oktyabr 2024-cü il tarixdə saat 10:00-da Ağcabədi Rayon Mədəniyyət Mərkəzində baş tutacaq.

Tədbirin təşkilatçısı Ağcabədi Rayon İcra Hakimiyyəti və Azərbaycan Yazıçılar Birliyidir.

Yubiley tədbirinin  moderatoru yazıçı-publisist Aqil Abbasdır.

Qeyd edək ki, Rəşad Məcid 1964-cü ildə Ağcabədi rayonunda anadan olub. 1979-cu ilədək Ağdam şəhərində yaşayıb, həmin vaxtdan Bakıya köçüb. 1981-ci ildə Respublika fizika-riyaziyyat təmayüllü 1 saylı orta məktəbi, 1988-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. 1985-ci ildən "Elm və həyat" jurnalında korrektor kimi əmək fəaliyyətinə başlayıb, 1990-cı ilədək həmin jurnalın müxbiri işləyib. 1990–1991-ci illərdə Azərbaycan Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzində sədr müavini vəzifəsində çalışıb. 1991–1992-ci illərdə əvvəlcə "Ədalət" qəzetində, sonra isə "Azərbaycan" qəzetində baş redaktorun birinci müavini olub. 1992-ci ildə "525-ci qəzet"i təsis edib.[3] 1993-cü ildə "Azərmətbuatyayımı" İstehsalat Birliyinin rəisi olub. 1994–1995-ci illərdə Azərbaycan Tərcümə Mərkəzində məsul katib vəzifəsində çalışıb. 1995-ci ildən "525-ci qəzet"in baş redaktorudur.

 

Miri Məcidli

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Avtobus sürücüsü boğulan uşağı belə xilas etdi - VİDEO
Azərbaycanda uşağına elə ad qoymaq istədi ki, məhkəməlik oldu - VİDEO
Xəzər dənizinin sahilində ölü suitilər tapıldı - VİDEO

  • TOP GÜN
  • TOP HƏFTƏ
  • TOP AY
Yuxuda yumurta görmək nəyə işarədir? — Yuxu yozmaları

18+

18+ Toy gecəsinin səhəri gəlini həkimə gətirdilər- Qızlıq pərdəsi müəmması - VİDEO
Keçiddə ölən Elnurun xanımından şok açıqlama: "Ölümünə göz baxa-baxa seyr ediblər"
Gəncədə törədilən erməni terrorundan varlanmaq istəyənlər kimlərdir?— Sakinlərin kirayə pulları verilmir
Oynaqları balla müalicə edin - RESEPTLƏR
Arvadının qətlə yetirdiyi bildirilən Hacının FOTOSU