Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
119918
az

"Döyüşlərdə olanda evimizi ermənilər raketlə vurdu,bu gün təmir edən yoxdur" - Qazini süründürənlər kimdir?

13:5211 Oktyabr, 2024
5847
ÖZƏL BÖLÜM
  • A

Döyüşə getdi,evini ermənilər dağıtdı – Gəncədən şikayət var 

Vətən müharibəsi dövründə Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin Ermənistan Silahlı Qüvvələri tərəfindən növbəti dəfə raket hücumuna məruz qalmasından dörd il ötür.
2020-ci ilin oktyabrın 11-də gecə saat 02.00 radələrində şəhərin mərkəzi düşmənin ballistik raket hücumuna məruz qalıb.

Oxu24.com xəbər verir  ki, qeyd olunan hücum zamanı vətəndaşlara ciddi ziyan dəyib. Həmin hücumdan əziyyət çəkən vətəndaşların bir qismi bu günə qədər aidiyyatı qurumlardan kömək ala bilməyib. Həmin  şəxslərdən biri də Gəncə şəhəri,Ağa Sultanov küçəsi ev 2 ünvanında yaşayan  Vətən Müharibəsi iştirakçısı Abdullayev Cahangir Rizvan  oğludur. O, 44 günlük Vətən Müharibəsinə könüllü olaraq  yollanıb və bir sıra istiqamətdə gedən döyüşlərdə iştirak edib.Göstərdiyi xidmətlərə görə “Suqovuşanın azad edilməsi” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.

 

Cahangir Abdullayev şikayətinə səbəb ermənilərin hücumu zamanı dağıdılmış evinin bu günə qədər təmir edilməməsidir.

“Ermənilərin Gəncəyə hücumu zamanı bizim evimiz də ciddi zədə görüb.Həmin hücum zamanı mən döyüşlərdə olmuşam.Anam ilsult keçirdiyi üçün xəstəxanaya düşmüşdü.Həmin vaxtda böyük əmim də rəhmətə getdi.Ailəmizin başı əmimin yasına və anamın xəstəliyinə qarışdığı üçün evə gələ bilməmişdi.Bu səbəbdən də komissiya əraziyə baxış keçirən zaman biz evdə olmamışdıq.Daha sonra bizə dəymiş ziyanın ödənişi üçün müraciət etsək ki,kömək edən olmadı”,-deyə şikayətçi bildirib.

Vətən uğrunda döyüşlərə atılan gənc bildirir ki, bu gün qarşılaşdığı problemlə əlaqədar vəzifəli şəxslərlə görüşmək istəsə də onların şəxsən qəbuluna düşə bilmir. Onu ya köməkçilər,ya da dəftərxana işçiləri qəbul edir.Nəticə isə göz qabağındadır. Cahangir Abdullayev bildirir ki,məsələ ilə bağlı Baş Nazirin müavini Şahin Mustafayevin qəbuluna yazılsalar da onu köməkçi qəbul edib.

“Avqust ayının 5-də Şahin Mustafayevin köməkçisinin qəbulunda olduq.Mənə dedilər ki, ev kimin adınadırsa,o da gəlməlidir.Anam insult keçirdiyi üçün onu Bakıya gətirmək çətin idi. Buna baxmayaraq əziyyətlə də olsa anamı da qəbula gətirdim.Amma bütün bunların nəticəsi olmadı.Bu günə qədər evimizə gəlib baxan,akt tərtib edən olmayıb”,-deyə  şikayətçi  bildirib.

Cahangir Abdullayevin sözlərinə görə,məsələ ilə bağlı deputatlarından kömək almaq istəsə də,onları da tapa bilməyib.

Qeyd edək ki, Gəncə şəhərindən olan deputatlar Naqif Həmzəyev və Musa Quliyevdir.

CityPost.az məsələ ilə bağlı Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Gəncə Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxlamaq istəsə də telefon zənglərinə cavab verən olmadı.Məsələni diqqətdə saxlayacağıq.

Qeyd edək bu mövzuda saytımıza bir neçə şikayət daxil olub.CityPost.az yaxın zamanda digər müraciətləri də işıqlandıracaq.

 

 

Miri Məcidli


 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Məhkəmə Xoşqədəmlə bağlı qərar çıxardı
Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir?
Nə gözlənilirdi, nə oldu...- Berbok Bakıya niyə gəlmişdi?

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Almaniyada dəhşətli terror: 11 ölü, 80 yaralı var -YENİLƏNDİ