Rusiya Prezidenti Vladimir Putin iranlı həmkarı Məsud Pezeşkianla Aşqabadda görüşəcək.
OXU24.COM xəbər verir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
O bildirib ki, liderlər görüş zamanı ikitərəfli münasibətlərdən tutmuş Yaxın Şərqdəki vəziyyətə qədər geniş mövzuları müzakirə etməyi planlaşdırırlar.
O qeyd edib ki, bu prezidentlərin ilk görüşü olacaq.
“Bizim müxtəlif sənaye sahələrində sıx əlaqələrimiz var. Amma təbii ki, Yaxın Şərqdəki vəziyyət də diqqətdən kənarda qalmayacaq. Ciddi söhbət olacaq", - Peskov qeyd edib.
Oxu24.com
ŞƏRHLƏR